Azərbaycanda tikintiyə dair vahid informasiya təminatını təşkil edəcək orqan müəyyənləşib

azerbaycanda tikintiye dair vahid informasiya teminatini teskil edecek orqan mueyyenlesib

Azərbaycanda tikintiyə dair vahid informasiya təminatını təşkil edəcək orqan müəyyənləşib.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” 11 yanvar 2016-cı il tarixli fərmanında əksini tapıb.

 

Dəyişikliyə əsasən respublika üzrə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemini təşkil etmək və onun işini təmin etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəzifələri sırasına daxil edilib.

 

 

Müvafiq olaraq  dövlət başçısı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman da imzalayıb. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli fərmana əsasən Nazirlər Kabineti şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydasını, eləcə də sistemə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydalarını müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli idi. Dəyişikliyə əsasən Nazirlər Kabineti şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydasını, eləcə də sistemə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydalarını artıq birbaşa deyil, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etməlidir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sofiyada azerbaycan filmi gecesi kecirilib
    Sofiyada “Azərbaycan filmi” gecəsi keçirilib
  • tehranin ilk coxmertebeli binasinin cokmesi neticesinde olenlerin sayi 50 ye catib yenilenib
    Tehranın ilk çoxmərtəbəli binasının çökməsi nəticəsində ölən...
tehranin ilk coxmertebeli binasinin cokmesi neticesinde olenlerin sayi 50 ye catib yenilenib tehranin ilk coxmertebeli binasinin cokmesi neticesinde olenlerin sayi 50 ye catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ