AzMİU ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov, cəmiyyətin əməkdaşları,  AzMİU-nun professor-müəllim heyəti, tələbələr, eləcə də media nümayəndələri iştirak edib.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova təhsilin inkişafının dövlətin təhsil siyasətinin prioriteti olduğunu vurğulayaraq ali məktəblərin istehsalat müəssisələri ilə əməkdaşlığının bu inkişafa dəstəyin təsdiqi kimi qiymətləndirib. O, bugünkü görüşün, cəmiyyətlə əməkdaşlığın hər iki tərəfə böyük xeyir verəcəyinə ümidvar olduğunu bildirib, onun həm universitet, eləcə də tələbələr üçün böyük əhəmiyyət daşıdığını deyib. Tələbələrin nəzəri biliklərinin praktikada möhkəmlənməsi, inkişaf etdirilməsi, eyni zamanda karyera qurmaq istiqamətində axtarışlarına təkan verməsi baxımından dəyərləndirib.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov da vurğulayıb ki, ölkənin ali təhsil müəssisələri içərisində müasir baxışları və tədrisin keyfiyyətiylə seçilən universitetlə əməkdaşlıqda maraqlıdırlar. Eyni zamanda istehsalat müəssisəsi olaraq istehsalat üçün kadrlar hazırlayan universitetlərdə təhsilə və elmi-texniki inkişafa, tələbələrin istehsalatla əlaqələrinin möhkəmləndirilməsinə dəstək olmaq istəyirlər. O qeyd edib ki, bu əməkdaşlığın məqsədi gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması, istiqamətləndirilmiş  təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran fəaliyyətin yaradılmasıdır. Z.İbrahimov ümidvar olduğunu bildirib ki, bu əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli olduğu qədər ölkədə dağ-mədən hasilatı sahəsinin inkişafına da müsbət təsir göstərəcək.

Z.İbrahimov memorandumun müddəalarından danışıb. Məlum olub ki, razılaşmaya əsasən, AzMİU cəmiyyət üçün mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərəcək. Bunun üçün universitetin təhsil prosesinə QSC mütəxəssislərinin cəlb edilməsi, birgə simpozium və konfransların təşkil edilməsi, müvafiq ixtisas üzrə təhsil alan 2 və 4-cü kurs tələbələrinin “yay məktəbi” proqramı çərçivəsində AzerGold ASC-də təlimlər keçmələri və s. nəzərdə tutulub. 

Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
  • sekide cobani ildirim vurub
    Şəkidə çobanı ildırım vurub
sekide cobani ildirim vurub sekide cobani ildirim vurub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272