Bakıda demoqrafik vəziyyət və miqrasiyanın əmək bazarına təsiri müzakirə olunub

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri” mövzusunda panel müzakirələr keçirilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, nazir müavini Mətin Kərimlinin moderatorluğu ilə keçirilən tədbirdə ölkəmizdə demoqrafik vəziyyət, əhali sakinliyi və bu sahələrdə inkişaf meylləri, miqrasiya prosesləri, əmək bazarının inkişafı kimi məsələlərlə bağlı təqdimatlar edilib, daha sonra təqdim olunmuş məlumatlar əsasında demoqrafik meyllərin, miqrasiya proseslərinin əmək bazarına təsirinə dair müzakirələr aparılıb. Tədbirdə sosial tərəfdaşların (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının), aidiyyəti dövlət qurumlarının, habelə ayrı-ayrı elm və təhsil müəssisələrinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

 

Bu tədbir Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq keçirilən milli dialoq çərçivəsində təşkil olunub. 2015-ci ilin iyun ayında Beynəlxalq Əmək Konfransının Cenevrə şəhərində keçirilmiş 104-cü sessiyasında BƏT-in baş direktoru tərəfindən irəli sürülən “Əməyin gələcəyi” təşəbbüsü əməyin gələcəyi ilə bağlı aktual məsələlərin, o cümlədən dünyada sosial ədalətin təmin olunmasının həlli yollarının qlobal və milli formatlarda müzakirə edilməsi məqsədinə yönəlib. Beynəlxalq səviyyədə əmək və məşğulluq mövzusu üzrə aparılan müzakirələrin istiqamətlərindən biri də qlobal miqyasda baş verən dəyişikliklər, ictimai və iqtisadi həyatda özünü göstərən meyllər, müasir texnologiyaların tətbiqinin genişlənməsi və s. amillərin əmək bazarına təsirləri və bu amillərlə əlaqədar əməyin gələcəyinin necə olacağı ilə bağlıdır.

Panel iclasda nazirliyin Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadə “Demoqrafik vəziyyət və əmək ehtiyatlarının proqnozu”, Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin sektor müdiri Nailə Verdiyevanın “Ölkədə demoqrafik inkişafın əmək bazarına”, həmin şöbənin sektor müdiri Fuad Cabbarovun “Əmək miqrasiyası proseslərinin əmək bazarına təsiri” mövzusunda təqdimatlarla çıxış ediblər. Təqdimatlarda verilən məlumatlara uyğun olaraq, əmək bazarının öyrənilməsi, monitorinqi, işçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, peşə-ixtisas təhsilinin inkişafı və əmək bazarının tələblərinə uyğunlaşdırılması, əmək kvotasının tətbiqi və daxili əmək bazarının qorunması mexanizminin təkmilləşdirilməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb.

 

Sözügedən tədbirin davamı olaraq 27-28 mart tarixlərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri” mövzusunda, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “Layiqli əməyin təmin olunmasında həmkarlar təskilatlarının rolu” mövzusunda və ADA Universitetində “Təhsilin və təlimin əmək bazarının inkişafında rolu” mövzusunda panel müzakirələrin təşkil olunması nəzərə tutulub. 

 

Qeyd olunan panel müzakirələrin nəticələri martın 29-da sosial tərəfdaşların və BƏT-in rəhbər şəxslərinin, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli plenar iclasda təqdim olunacaq, mövzuya dair yekun müzakirələr aparılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tehlukesizlik orqanlari emekdaslarinin pese bayrami qeyd olunub
    Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olu...
  • tiflisde sona veliyevanin isiga geden yol romaninin teqdimati kecirilib
    Tiflisdə Sona Vəliyevanın “İşığa gedən yol” romanının təqdim...
tiflisde sona veliyevanin isiga geden yol romaninin teqdimati kecirilib tiflisde sona veliyevanin isiga geden yol romaninin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ