Bakıya yağış, dağlıq rayonlara qar yağacaq

bakiya yagis dagliq rayonlara qar yagacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gün ərzində arabir yağış yağacağı gözlənilir.

 

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5° isti,  gündüz 8-10° isti, Bakıda gecə 3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  754 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, martın 21-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 9-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  3-7° isti olacağı gözlənilir.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:18 27 İyul
19:33 27 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • brent markali neftin qiymeti 51 3 dollar etrafinda deyisir
    Brent markalı neftin qiyməti 51,3 dollar ətrafında dəyişir...
  • istanbulda siddetli dolu ve kulek neticesinde 10 nefer xesaret alib
    İstanbulda şiddətli dolu və külək nəticəsində 10 nəfər xəsar...
istanbulda siddetli dolu ve kulek neticesinde 10 nefer xesaret alib istanbulda siddetli dolu ve kulek neticesinde 10 nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ