BDU-da Novruz şənliyi keçirilib

Bakı Dövlət Universitetində (BDU) Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

 

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmov bayram münasibəti ilə universitetin müəllim-tələbə heyətini təbrik edib, xalqımızın  milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətini qeyd edib.

 

Daha sonra filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin təqdimatında  yeddi regionda - Qarabağ, Bakı, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Lənkəranda Novruz bayramının qeyd olunmasını əks etdirən səhnəciklər, adət-ənənələr nümayiş etdirilib, dərnəyin üzvləri, Asəf Zeynallı adına musiqi kollecinin tələbələrinin təqdimatında muğam ifa olunub. 
 
Tədbir Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” gənclər kamera orkestrinin çıxışı ilə davam edib. Bədii rəhbəri Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli, direktoru adıçəkilən Akademiyanın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə direktoru Yeganə Axundova, baş dirijoru Fuad İbrahimov olan orkestrin ifasında Qara Qarayevin "Adajio və rəqs", Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, Astor Piatsollanın “Fuqa-misterio”, Niyazinin “Qaytağı”, Aqşin Əlizadənin “Cəngi”  əsərləri səsləndirilib. Beynəlxalq müsabiqə laureatı Ümidə Abbasova Antonio Vivaldinin “İlin fəsilləri” konsertindən “Yay”, Respublika müsabiqələr laureatları Orxan Cəlilov və Nərminə Abdullayeva Niyazinin “Arzu”, “ Gəl bizə” mahnılarını ifa ediblər. 
 
 
 
 
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • almaniyadan olan turist piyada azerbaycana gelib
    Almaniyadan olan turist piyada Azərbaycana gəlib
  • prezident dunyada senaye usulu ile qazilmis ilk quyunun berpadan sonraki veziyyeti ile tanis olub yenilenib
    Prezident dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərp...
prezident dunyada senaye usulu ile qazilmis ilk quyunun berpadan sonraki veziyyeti ile tanis olub yenilenib prezident dunyada senaye usulu ile qazilmis ilk quyunun berpadan sonraki veziyyeti ile tanis olub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8627
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ