Hava pisləşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

hava pislesecek xeberdarliq yenilenib

İyunun 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 16-19° isti, gündüz  25-30° isti, Bakıda gecə  17-19° isti, gündüz  27-29° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.  Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 15-20° isti, gündüz  28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir. 

 

İyunun 8-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
  • sekide cobani ildirim vurub
    Şəkidə çobanı ildırım vurub
sekide cobani ildirim vurub sekide cobani ildirim vurub +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272