Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

buraxilis imtahanlarinda edilecek deyisiklikler aciqlanib

“2014-cü ildən ümumi təklifimiz bundan ibarətdir ki, buraxılış imtahanları fənlərinin sayını artıraq. Yəqin ki, bu il və gələn il şagirdlər üçün buraxılış imtahanlarında hər hansı dəyişiklik olmayacaq. Builki qaydalar artıq məlumdur, gələn il də elə bir dəyişiklik gözlənilmir. Əsas dəyişikliklər -  fənlərin sayı və imtahanların formatı ilə bağlı dəyişikliklər yalnız hazırda kurrikulum əsasında təhsil alan və iki ildən sonra XI sinifdə oxuyacaq şagirdlərə tətbiq ediləcək”.

 

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hazırda rus bölməsinin abituriyentləri XI sinfi bitirdikdən sonra ali məktəbə qəbul olmaq üçün öncə “Azərbaycan dili” fənnindən imtahan verirlər. Təhsil Nazirliyi tərəfindən 3 ay öncə Dövlət İmtahan Mərkəzinə təklif daxil olub ki, IX sinifdə təhsil alan rus bölməsinin şagirdləri üçün də “Azərbaycan dili” fənni buraxılış imtahanları fənlərinin siyahısına daxil edilsin. M. Abbaszadə vurğulayıb ki, hazırda bu istiqamətdə iş aparılır: “IX siniflər üzrə buraxılış imtahanlarına “Xarici dil” fənninin daxil edilməsi hələ 2014-cü ildən müzakirə edilir. Həmin ildən Təhsil Nazirliyinin təklifi əsasında “Xarici dil” fənni XI siniflər üzrə buraxılış imtahanlarına daxil olunub. O zaman nəticə xoşagələn deyildi. Ona görə də IX siniflərdə bunun tətbiqini dayandırmışdıq. Bu il Təhsil Nazirliyi tərəfindən bu təklif yenidən verilsə, biz “Xarici dil” fənnini IX siniflər üzrə buraxılış imtahanı fənlərinin sırasına daxil edəcəyik”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan men kurd terrorcularina qarsi emeliyyat barede rusiya ve abs i xeberdar etdim
    Ərdoğan: “Mən kürd terrorçularına qarşı əməliyyat barədə Rus...
  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ