Cəzaçəkmə müəssisələrində məhkumlara tənbeh tədbirlərinin tətbiqi qaydası dəyişib

cezacekme muessiselerinde mehkumlara tenbeh tedbirlerinin tetbiqi qaydasi deyisib

Ədliyyə Nazirliyinin Kollegiyası “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda dəyişiklik edib.

 

APA-nın məlumatına görə, bu qaydalar cəzaçəkmə müəssisələrinin, habelə istintaq təcridxanalarının (bu müəssisələr təsərrüfat və məişət xidməti işlərinə görə orada saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər) işçi heyəti, orada saxlanılan məhkumlar və bu müəssisələrə baş çəkən şəxslər üçün məcburidir.

 

Dəyişiklik məhkumlara tənbeh tədbirlərinin tətbiqi ilə əlaqədardır. Həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq etmək hüququna cəzaçəkmə müəssisələrinin rəisləri malikdirlər. Tənbeh tədbirinin tətbiqi ilə əlaqədar barəsində qəbul edilən qərara dair məhkuma öz rəyini bildirmək və ya ondan şikayət etmək hüququ izah olunur. Məhkumun tənbeh tədbirlərinin tətbiqindən ədliyyə nazirinə, Penitensiar Xidmətin rəisinə və məhkəməyə şikayət vermək hüququ var. Dəyişikliyə əsasən, bundan sonra məhkum şikayət verdiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılacaq və bu barədə müvafiq qərar qəbul ediləcək. Tənbeh tədbirinin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi tənbeh tədbirinin icrasını dayandırmır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida onlarla evde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda onlarla evdə çökmə baş verib, bir neçə ailə evakua...
  • nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur
    Nazir: “Vyana razılaşması Azərbaycanın maraqlarına uyğundur”...
nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ