Güclü külək Daşkəsəndə fəsadlar törədib

Mayın 19-da, saat 13.30 radələrində Daşkəsən rayonu ərazisində baş vermiş güclü külək, qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatına, minik avtomobillərinə ziyan dəyib.

 

Bu barədə APA-ya Daşkəsən rayon İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, Daşkəsən şəhərindəki İ.Qayıbov küçəsi 30 və 30 a ünvanlarında yerləşən 5 mərtəbəli, S.Vurğun küçəsi 24a ünvanında yerləşən 2 mərtəbəli  yaşayış binalarının dam örtüklərinə ziyan dəyib. Güclü külək İ.Qayıbov küçəsi 30a ünvanında yerləşən 5 mərtəbəli yaşayış  binasının dam örtüyünə daha ciddi ziyan vurub, dam örtüyü tamamilə sıradan çıxıb.

 

10-dan artıq elektrik dirəyi, 300 paqonmetrdən artıq elektrik kabeli, 3 rabitə dirəyi, 100 paqonmetrdən artıq rabitə kabelinin də sıradan çıxdığı bildirilir. Həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Mərkəzi Rayon Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.

 

Faktlarla bağlı aidiyyəti qurumlara məlumat verilib. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyadan turkiyeye ucan teyyare sernisinler dalasmasi sebebinden tecili enis edib
    Rusiyadan Türkiyəyə uçan təyyarə sərnişinlər dalaşması səbəb...
  • iran turkmenistani mehkeme ile hedeleyib
    İran Türkmənistanı məhkəmə ilə hədələyib
iran turkmenistani mehkeme ile hedeleyib iran turkmenistani mehkeme ile hedeleyib +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ