Dilçilik İnstitutu saytlarıda müşahidə olunan qüsurları açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirilib.


APA-nın xəbərinə görə, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov saytların ədəbi dilinin monitorinqinin aparıldığını, APA, Lent.az, AZƏRTAC, axar.az, musavat.com, trend.az, modern.az, bakupost.az, qaynarinfo.az, milli.az, qafqazinfo.az, minval.info və digər saytların monitorinqə cəlb olunduğunu bildirib. O deyib ki, saytların dilində ədəbi dilin təmizliyini pozan sözlərə rast gəlinir: "Məsələn, L. Əkbərova onlara 100 min manatdan çox pul "atıb".

Ş. Məmmədov fonetik normanın pozulması hallarının əksər saytlarda müşahidə olunduğunu vurğulayıb: "Xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çoxdur. Mətnlər ciddi şəkildə redaktə olunmur. Ümumilikdə saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar var".

İnstitut əməkdaşı qeyd edib ki, saytların dilində leksik, üslub və qrammatik normanın pozulması halları da baş verir: "Cümlədə söz sırasının dəyişməsi ilə qrammatik normanın pozulması halları da müşahidə olunur. Belə pozuntular daha çox danışıq dilinin təsiri ilə baş verir. "Sumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb". Azərbaycan dilində səhv iynə ifadəsi yoxdur".

Ş. Məmmədovun sözlərinə görə, saytlarda müşahidə olunan norma pozuntulardan biri də cümlədə durğu işarələrinin düzgün qoyulmamasıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267