DİM: Ali məktəblərə qəbul imtahanı bəzi qruplar üzrə eyni gündə keçirilə bilər

dim ali mekteblere qebul imtahani bezi qruplar uzre eyni gunde kecirile biler

Bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi aprel ayında olacaq.

 

APA-nın xəbərinə görə, Dövlət imtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu mərhələdə iştirak edəcək abituriyentlər aprelin 10-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı aprelin 9-da keçiriləcək: “Rus bölməsinin məzunları bu imtahanda iştirak etmək üçün bu vaxta kimi sənədlərini təsdiq etmələri çox vacibdir. I-IV ixtisas qruplar üzrə keçirilən qəbul imtahanlarının ilk mərhələdə iştirak etmək istəməyənlər II imtahanda iştirak edəcək. Hər 2 imtahanda iştirak etmək istəyənlər isə mütləq indi qeydiyyatdan keçməlidirlər”. 

 

M. Abbaszadə qəbul imtahanlarının dəqiq tarixlərinin olmaması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hələlik sənəd qəbulu aparıldığından imtahanların dəqiq tarixi məlum deyil: “Çünki hələ bilmirik ki, hansı qrupa neçə nəfər abituriyent sənəd verəcək. Ona görə bizə vacibdir ki, hamı indidən sənəd versin. Ondan sonra günlər müəyyənləşəcək. Bəlkə hansısa qrupa 5 nəfər, digər qrupa 50 min nəfər sənəd verdi. 5 nəfərin sənəd verdiyi qrup üçün ayrıca gün təyin etmək düzgün olmaz. Hansısa qruplar üçün imtahan bir gündə keçirilə bilər”.

 

Direktorlar Şurasının sədri əlavə edib ki, ali məktəblərə qəbul qaydaları, müsabiqə şərtləri və digər məlumatların əks olunduğu Abituriyent jurnalının növbəti sayı bayram günlərindən sonra işıq üzü görəcək.

 

Qeyd edək ki,I-IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi aprel-may, ikinci  mərhələsi isə iyul ayında keçirilməsi nəzərdə tutulur.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida onlarla evde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda onlarla evdə çökmə baş verib, bir neçə ailə evakua...
  • nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur
    Nazir: “Vyana razılaşması Azərbaycanın maraqlarına uyğundur”...
nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ