DMX rəisi: “Dövlət Miqrasiya Xidməti qarşıya qoyulan vəzifələri yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir”

Dövlət Miqrasiya Xidmətinin (DMX) 10 illik yubileyi qeyd edilib. 

 

DMX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər. 
    
Sonra keçirilən yubiley mərasimində DMX rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məlumat verib. Martın 19-da qurumun yaradılmasının 10 il ötəcəyini deyən F. Nəbiyev bildirib ki, digər sahələrdə olduğu kimi miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi ilə bağlı dövlət tərəfindən bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib: “Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası" qəbul edilib. Bu Konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2006-cı il iyulun 25-də “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında 560 nömrəli Fərman imzalayıb”. 

Xidmət rəisi qeyd edib ki, hazırda dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir. F.Nəbiyev vurğulayıb ki, Azərbaycan prezidenti tərəfindən müəyyən edilən, miqrasiya siyasətinin prioritet istiqamətlərinə uyğun şəkildə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərinin yaradılması, miqrasiya proseslərinin idarə olunmasında yeni informasiya texnologiyalarının tətbiq edilməsi, qeyri-qanuni miqrasiyanın qarşının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə kimi qoyulub: “Dövlət Miqrasiya Xidməti müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi 10 ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməkdə və Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xidmətindədir. Xidmətinin əməkdaşları qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetirməyə çalışıblar". 

 

Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:18 27 İyul
19:33 27 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • brent markali neftin qiymeti 51 3 dollar etrafinda deyisir
    Brent markalı neftin qiyməti 51,3 dollar ətrafında dəyişir...
  • istanbulda siddetli dolu ve kulek neticesinde 10 nefer xesaret alib
    İstanbulda şiddətli dolu və külək nəticəsində 10 nəfər xəsar...
istanbulda siddetli dolu ve kulek neticesinde 10 nefer xesaret alib istanbulda siddetli dolu ve kulek neticesinde 10 nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ