Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

dovlet imtahan merkezi abituriyentlere muraciet edib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib.

 

DİM-dən APA-ya verilən xəbərə görə, abituriyentlərin çoxsaylı müraciətlərini və ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının bu ildən etibarən iki dəfə keçirilməsini nəzərə alaraq 4-22 may tarixlərində bəzi kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv olacaq. Belə ki, əvvəlcədən elan olunduğu kimi, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda qeyd olunan tarixlərdə qeydiyyatdan keçməlidirlər.


Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə veriləcək.
16 mart – 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (həm cari, həm də əvvəlki illərin məzunları) ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun regional bölmələrində yaradılacaq SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-IV (yalnız ikinci imtahanda iştirak etmək şərtilə), V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə biləcəklər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib
    Baş Prokurorluq: “Bank Standard”ın keçmiş rəhbəri istintaqda...
  • nazirlik mmmc lerin sayi 53 e catib
    Nazirlik: MMMC-lərin sayı 53-ə çatıb
nazirlik mmmc lerin sayi 53 e catib nazirlik mmmc lerin sayi 53 e catib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ