Duman, çiskin olacaq

duman ciskin olacaq

Bakı və Abşeron yarımadasında martın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub küləyi əsəcək.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti,  gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz  11-13° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz qərb rayonlarından başlayaraq yağış, dağlıq ərazilərdə  qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida onlarla evde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda onlarla evdə çökmə baş verib, bir neçə ailə evakua...
  • nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur
    Nazir: “Vyana razılaşması Azərbaycanın maraqlarına uyğundur”...
nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ