Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı “ASAN Xidmət” mərkəzlərində həyata keçiriləcək

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınmasının “ASAN Xidmət” mərkəzlərində həyata  keçirilməsi ilə əlaqədar Dövlət Miqrasiya Xidməti  ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

 

APA nın məlumatına görə, Memorandumu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri Ülvi Mehdiyev imzalayıblar. Sənədə əsasən artıq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə paralel olaraq Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən “ASAN Xidmət” mərkəzlərində də həyata keçiriləcək. Dövlət Miqrasiya Xidməti ölkədə 10 gündən artıq müvəqqəti olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin “ASAN Xidmət” mərkəzlərində qəbulunun həyata keçirilməsini təmin etmək, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə nəzərdə tutulan xidmətin innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq öhdəliyini götürüblər. Bununla olduğu yer üzrə qeydiyyat prosesində şəffaflıq, rahatlıq təmin ediləcək, mümkün növbələrin qarşısı alınacaq, xidmətdən istifadə məmnunluğu artacaq və şəxslərin müraciət imkanları genişlənəcək. Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığı çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı “ASAN Xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarına uyğun aparılacaq.

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Olduğu yer üzrə qeydiyyatla bağlı tələb olunan sənədlər aşağıdakılardır:

 

1) ərizə-anket;

2) əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun (digər sərhədkeçmə sənədinin) surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla);

 

Qeyd edək ki, ölkə ərazisində olduğu yer üzrə qeydiyyata birbaşa müraciətlə yanaşı, DMX-nin rəsmi saytı (migration.gov.az), elektron hökumət portalı (www.e-gov.az) və elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsilə elektron qaydada da düşmək olar. Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 10 gündən artıq qalmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi əcnəbinin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmasını təmin etməlidir.  Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər özləri də olduğu yer üzrə qeydiyyata alınma üçün müraciət edə bilərlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276