Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

ekoloji qanunvericiliyin teleblerine riayet olunmasi veziyyeti arasdirilib

16-29 dekabr 2017-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 185 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 18 müddətli “məcburi göstəriş” verilib.

 

Ümumilikdə, 53 iş üzrə 39550 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 57 iş üzrə 27569,83 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 200 iş üzrə 38885,64 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 35, icra qurumlarına 52, məhkəmələrə isə 27 iş göndərilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • movlud cavusoglu azerbaycana sefer edecek yenilenib
    Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək - YENİLƏNİB...
  • yug teatrinin yeni direktoru kollektive teqdim edilib
    YUĞ Teatrının yeni direktoru kollektivə təqdim edilib
yug teatrinin yeni direktoru kollektive teqdim edilib yug teatrinin yeni direktoru kollektive teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027