Bakıda eksternat imtahanları başlayıb

Mayın 15-də Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib.

 

Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) başa vura bilməyən şəxslər iştirak edib.

 

Eksternlər 3 akademik saat ərzində hərəsində 10 sual olmaqla, Azərbaycan bölməsi üzrə 6 fənn (ana dili, ədəbiyyat, riyaziyyat, informatika, fizika və kimya) və rus bölməsi üzrə 7 fəndən (əlavə olaraq rus dili) imtahan veriblər.

 

Eksternat imtahanları mayın 16-sı digər fənlər (coğrafiya, biologiya, Azərbaycan tarixi, ümumi tarix və xarici dil) üzrə davam edəcək.

 

İmtahanların nəticələri baku.edu.gov.az saytında yerləşdiriləcək.

 

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd

(attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

 

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272