Əli Həsənov: "Yeni sədrə bildirmişəm ki, nə vaxt yardımıma ehtiyacı olsa, kömək etməyə hazıram"

eli hesenov yeni sedre bildirmisem ki ne vaxt yardimima ehtiyaci olsa komek etmeye haziram

"Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsində adətən hər ayın 15-i qəbul günüdür. Dövlət Komitəsi məcburi köçkün soydaşlarımızın rəsmi müraciət yeri olduğu üçün həmin günlərdə iştirakçıların çox sayda olması normal haldır və bu proses 20 ildən artıq bir müddətdə mütəmadi davam edib".

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu baş nazirin müavini Əli Həsənov “Yeni Müsavat” qəzetində dərc olunmuş yazıya münasibət bildirərkən deyib.  Qeyd edək ki, qəzetin 16 may 2018-ci il tarixli sayında dərc olunmuş “Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı” başlıqlı yazı dərc olunub. Yazıda vurğulanıb ki, Ə. Həsənov “köçkünlərin “Qaçqınkom”un qarşısına toplaşmasının təşkil edib.

 

"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırarkən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin edib və hamı kimi mən də bu təyinatı çox uğurlu sayaraq ona hörmətlə yanaşıram. Yeni sədrə bildirmişəm ki, nə vaxt mənim məsləhətimə və yardımıma ehtiyacı olsa, hər zaman ona kömək etməyə hazıram", - deyə Ə. Həsənov vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
14:41 24 May
11:49 24 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nato quru qosunlari komandanliginin qerargah reisi azerbaycan ordusunun kesfiyyat boluyunun telimini izleyib
    NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi Azərbayca...
  • turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi
    Türkiyə səfiri: "Qafqaz İslam Ordusu Azərbaycanın azadlığını...
turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2018

USD
1.7
 
EUR
1.9904
 
RR
0.0277