ETSN-in “Qaynar xətt”inə daxil olan şikayətlərin sayı açıqlanıb

etsn in qaynar xett ine daxil olan sikayetlerin sayi aciqlanib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə 2016-cı il ərzində  ümumilikdə 4630 şikayət daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 4264 şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq müvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

 

Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və digər məsələlərlə əlaqədar olub. Belə ki, il ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 1537 şikayətdən 1429-u, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 2032 şikayətdən 1968-i, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 440 şikayətdən 383-ü, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 98 şikayətdən 93-ü, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 403 şikayətdən 284-ü, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 54 şikayətdən 43-ü, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 22 şikayətdən 20-si üzrə araşdırma başa çatıb və müvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir. 

 

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 8 şikayət, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 34 şikayət, Milli Hidrometeorologiya Departamentinə göndərilmiş 2 şikayət araşdırılaraq müvafiq tədbirlər görülüb.

 

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:40 21 Yanvar
Video
10:13 21 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida ev quslari arasinda kutlevi telefat musahide olunur
    Masallıda ev quşları arasında kütləvi tələfat müşahidə olunu...
  • efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib
    Efiopiyada "20 Yanvar" faciəsi ilə bağlı tədbirlər keçirilib...
efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ