Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrə Novruz sovqatları paylanılıb

Heydər Əliyev Fondu tərəfindən Novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

 

Fonddan APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edib.

 

Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları martın 17-dək respublika üzrə 165 mindən çox aztəminatlı ailəyə təqdim olunub. Fondun bayram sovqatları bütün şəhər və rayonlarda aztəminatlı ailələrin evlərinə çatdırılıb, sakinlər bayram münasibətilə təbrik olunub.

 

Heydər Əliyev Fondu və Fondun təsis etdiyi Regional İnkişaf İctimai Birliyinin bu birgə layihəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə həyata keçirilib.

 

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildə də respublika üzrə bütün ünvanlı sosial yardım alan ailələrə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə bayram sovqatları paylanılmışdı. Bununla yanaşı, Bakının 12 rayonunda, eləcə də respublikanın bir sıra rayon və şəhərlərində sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil olunmuş, iştirakçılara hədiyyələr verilmişdi.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cocuq mercanlida xeyli sayda qelpe askarlanib
    Cocuq Mərcanlıda xeyli sayda qəlpə aşkarlanıb
  • berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1
    Bərdədə iki piyadanı vurub qaçan sürücü tutulub - YENİLƏNİB-...
berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1 berdede iki piyadani vurub qacan surucu tutulub yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ