Heydər Əliyev Mərkəzinin parkında cüdo dərsi və uşaqlar üçün əyləncə təşkil olunub

Bu həftəsonu Heydər Əliyev Mərkəzinin parkında cüdo üzrə dərs və uşaqlar üçün əyləncə təşkil olunub.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, iyulun 15-də cüdo üzrə dərsi Dünya və Avropa çempionu, "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının qalibi Elxan Məmmədov aparıb.

 

8-18 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs 1 saatdan artıq davam edib.

 

Axşam saatlarında isə Mərkəzin parkında açıq havada uşaqlar üçün müxtəlif əyləncə təşkil olunub.

 

"The Entertainer" oyuncaq mağazasının iştirakı ilə təşkil olunan əyləncələrdə park ərazisində oyun zonası yaradılıb, müxtəlif intellektual və idman oyunları təşkil olunub. Uşaqlar, həmçinin köpük şousunda əylənib, eləcə də üzlərini arzularına uyğun şəkillərlə boyatdırıblar, musiqi sədaları altında rəqs ediblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imtahandan qayidan neftcalali abituriyent itkin dusub
    İmtahandan qayıdan neftçalalı abituriyent itkin düşüb
  • mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib
    Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb...
mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ