İqtisadiyyat naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

iqtisadiyyat naziri agcabedide vetendaslari qebul edecek

İqtisadiyyat naziri Şahin Mustafayev mayın 18-də Ağcabədidə Ağdam, Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dən etibarən Bayraq Muzeyinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi) keçiriləcəkdir.

 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-05) və (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: elbrus.huseynov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

 

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

 

Eyni zamanda bildiririk ki, İqtisadiyyat nazirinin Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
14:41 24 May
11:49 24 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nato quru qosunlari komandanliginin qerargah reisi azerbaycan ordusunun kesfiyyat boluyunun telimini izleyib
    NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi Azərbayca...
  • turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi
    Türkiyə səfiri: "Qafqaz İslam Ordusu Azərbaycanın azadlığını...
turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2018

USD
1.7
 
EUR
1.9904
 
RR
0.0277