İtaliyanın Milan Texnik Universitetinin professorları AzMİU-da olublar

İtaliyanın Milan Texnik Universitetinin professorları Silviya Piardi, Giovanni Conti bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar.

 

İtaliya Respublikasının ölkəmizdəki səfiri Auqusto Massarinin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər. Görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, tədris işləri üzrə prorektoru Akif Qasımov, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də iştirak edib.

 

Qonaqları salamlayan AzMİU-nun rektoru bu görüşün reallaşmasına görə İtaliyanın ölkəmizdəki səfirinə təşəkkürünü bildirib. O qeyd edib ki, İtaliyanın ölkəmizdəki səfirliyi və Azərbaycanda fəaliyyət göstərən digər italyan şirkətləri ilə işgüzar münasibətlər qurulub, hər il “İtaliya Dizaynı Günü” məhz AzMİU-da keçirilir. Əlaqələrin daha da genişlənməsində bugünkü görüşün rolu olacağına ümidvarlığını bildirən rektor İtaliyadan gəlmiş professorları dəvət etməkdə məqsədlərinin nədən ibarət olduğunu açıqlayıb: “İtalyan dizaynı bütün dünyada məşhurdur, bu sahə sizdə çox inkişaf edib. Sizi bura dəvət etməkdə məqsədimiz də məhz sizin köməkliyinizlə universitetimizdəki dizayn ixtisasını modernləşdirmək, İtaliya dizayn təhsili formatında yenidən qurmaq, təhsil proqramlarımızı sizin proqramınıza uyğunlaşdırmaqdır. Bu istiqamətdə işlər görüləndən sonra Milan Texnik Universiteti ilə ikili diplom proqramı üzərində işləməyi düşünürük”.

 

Səfir A.Massari də öz növbəsində görüş üçün rektora təşəkkürünü bildirib, AzMİU ilə əlaqələrin inkişafında rolu olmasından məmnunluğunu bildirib. Səfir qeyd edib ki, İtaliyada dizayn sektorunda tanınan simalar olan professorlar AzMİU-da dizayn təhsilinin inkişafı üçün əllərindən gələn köməyi edəcəklər. O, iyulda İtaliya prezidentinin Azərbaycana səfər edəcəyindən danışıb, bu səfər çərçivəsində təhsil sahəsində də mühüm qərarların veriləcəyini deyib.

 

İtaliyalı professorlar təmsil etdikləri universitetin tarixindən, fakültə və ixtisaslarından, beynəlxalq əlaqələrindən, partnyorlarından danışıblar. 165 yaşlı Milan Texnik Universitetinin dizayn ixtisasının çox inkişaf etdiyini, dünya reytinq cədvəllərində ön sıraları tutduğunu deyən qonaqlar dünyanın inkişaf etmiş ölkələri ilə ikitərəfli əlaqələri barədə geniş məlumat veriblər. Dizayn təhsilinin hər il yeniləndiyini deyən qonaqlar hər bir ölkənin özünəməxsus mədəniyyətinin, adət-ənənələrinin dizayna adaptasiya olunmasına çalışdıqlarını vurğulayıblar. Onlar səfər çərçivəsində bu incəliklərin, dizaynda maraqlı məqamların tələbələrə çatdırılacağını qeyd ediblər.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
14:41 24 May
11:49 24 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nato quru qosunlari komandanliginin qerargah reisi azerbaycan ordusunun kesfiyyat boluyunun telimini izleyib
    NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi Azərbayca...
  • turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi
    Türkiyə səfiri: "Qafqaz İslam Ordusu Azərbaycanın azadlığını...
turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2018

USD
1.7
 
EUR
1.9904
 
RR
0.0277