Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçiminin müddəti uzadılıb

magistraturaya qebulun ii merhelesinde istirak ucun proqram seciminin muddeti uzadilib

Dövlət İmtahan Mərkəzi (DİM) bakalavrlara müraciət edib.

 

DİM-dən APA-ya verilən məlumata görə, Mərkəzlə Təhsil Nazirliyi arasında əldə edilmiş razılığa əsasən magistraturaya 56 nömrəli qəbul proqramına aid olan Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri üzrə) və Biznesin təşkili və idarə edilməsi (iqtisadi informatika, tədris ingilis dilində) ixtisaslaşmalarına qəbul olmaq istəyən, cari ildə magistraturaya qəbul imtahanının I mərhələsində 40 və daha artıq bal toplamış bakalavrlara həmin proqramı seçməyə icazə vermək qərara alınıb.

 

Bildirilib ki, həmin ixtisaslaşmalardan tədrisi ingilis dilində aparılanlarını seçmək üçün isə I mərhələ üzrə minimum 40 bal toplamaqla yanaşı, ingilis dili üzrə 15 və daha artıq bal toplamaq da tələb olunur.

 

Bundan əlavə, magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi 18 may saat 10:00-dək uzadılıb.

 

Bakalavrlar qeyd olunan vaxtadək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276