Alpinist Namin Bünyatzadə Şəmkirdə dəfn olunub - YENİLƏNİB

Ötən gün meyiti tapılan alpinistlərdən biri Namin Bünyatzadə Şəmkir rayonunda dəfn olunub.

 

APA-nın qərb bürosunun xəbərinə görə, mərhum Şəmkirin Çinarlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

***

 

16:30

 

Ötən gün meyiti tapılan alpinistlərdən biri Namin Bünyatzadənin meyiti Şəmkir rayonuna gətirilib.

 

APA-nın qərb bürosunun xəbərinə görə, Şəmkirin Yeni Həyat kəndində mərhumun əmisinin evində yas mərasimi keçirilir.

 

N. Bünyatzadə Çinarlı kənd qəbiristanlığında dəfn olunacaq.

 

 

Dünən meyiti tapılan alpinistlərdən biri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı isə Masallı rayonunun Şərəfə kəndində dəfn olunub.

 

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

 

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276