Pulsuz tibbi müayinələr zamanı əhalidə aşkarlanan xəstəliklər açıqlanıb

pulsuz tibbi muayineler zamani ehalide askarlanan xestelikler aciqlanib
Nazirlik: 2 ay ərzində 1 912 405 nəfər tibbi müayinələrdən yararlanıb

Fevralın 12-dən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi prosesi davam edir.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2 ay ərzində 1 912 405 nəfər tibbi müayinələrdən yararlanıb. Onlardan 919 075 nəfər kişi, 993 330 nəfəri isə qadındır.

Əhalinin sağlamlaşdırılması və profilaktikası məqsədi ilə həyata keçirilən müayinələr zamanı infeksion, qan və qanyaradıcı xəstəliklər, endokrin, psixi və davranış pozuntuları, əsəb xəstəlikləri, göz xəstəlikləri, eşitmə pozğunluqları, qan dövranı xəstəlikləri və tənəffüs xəstəlikləri kimi müxtəlif xəstəliklər aşkarlanaraq müalicələrə cəlb edilib.

 

Eyni zamanda 13 298 nəfərdə həzm sistemi xəstəlikləri, 3615 nəfərdə dəri, 4396 nəfərdə sümük-əzələ və s. xəstəlikləri qeydə alınıb.

 

Müayinələr nəticəsində 2830 nəfər hospitalizasiya olunub, 66 851 nəfər sağlamlaşdırılıb. 604 479 nəfər əlavə müayinələrə cəlb olunub.

 

Müayinələr mayın 12-dək davam edəcək.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agir senaye ve masinqayirmanin inkisafina dair strateji yol xeritesi uzre tedbirlerin 9 i icra edilmeyib
    Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol ...
  • oktyabrda bakida global influencer day kecirilecek
    Oktyabrda Bakıda “Global İnfluencer Day” keçiriləcək...
oktyabrda bakida global influencer day kecirilecek oktyabrda bakida global influencer day kecirilecek +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027