Rektor: “Dövrün tələblərinə uyğun müəllim yetişdirilmək istiqamətində işlər həyata keçirilir”

rektor dovrun teleblerine uygun muellim yetisdirilmek istiqametinde isler heyata kecirilir

"Valideynlər övladlarını gələcəyin hədəflərinə uyğun yetişdirmək üçün yeni yollar və formullar axtarırlar. Kompüter,  planşet və ağıllı telefonlarla bir arada uşaqları öyrətmək, tərbiyə etmək çox çətindir. Bu işin öhdəsindən gələ biləcək müəllim kadrların hazırlanması təhsil müəssisələrinin qarşısında yeni tələblər qoyur".

 

APA-nın xəbərinə görə,  bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov bildirib. Rektor deyib ki, ölkədə pedaqoji təhsilin inkişaf etdirilməsi, müasirləşdirilməsi dünyada baş verən dəyişikliklərə və yeniliklərə uyğun yenidən qurulması, müasir tələblərə cavab verməsi istiqamətində yeni addımların atılmasına və pedaqoji təhsilin keyfiyyətini dünya göstəricilərinə uyğunlaşdırılmasına ehtiyac var.  Bu hədəflərə nail olmaq üçün ali məktəbin üzərinə böyük öhdəliklər düşdüyünü deyən rektor qeyd edib ki,  cəmiyyətin və dövlətin universitetdən haqlı gözləntiləri çoxdur.

 

C.Cəfərov vurğulayıb ki, yeni təhsil modelinin tətbiqi günün ən aktual probleminə çevrilib. Onun sözlərinə görə, müasir təhsilin hədəfi problemləri həll etmək bacarığına sahib,  biliyi əldə etmək yollarını bilən, analitik düşüncə qabiliyyətinə malik olan mütəxəssislər yetişdirməkdir: "Bir vaxtlar müəllim peşəsinə olan inamın yüksəldilməsi üçün müasir dövrün tələblərinə uyğun bilik və bacarığa malik müəllim yetişdirilməsi istiqamətində işlər həyata keçirilir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ