Rəsədxana: Sabah keçməsi gözlənilən asteroid Yer üçün təhlükəsizdir

resedxana sabah kecmesi gozlenilen asteroid yer ucun tehlukesizdir

“Aprelin 20-də böyük JO25 adlı böyük asteroid Yerin yaxınlığından keçəcək. Lakin bunun Yerə bir təhlükəsi yoxdur”.

 

Bunu APA-ya AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, bu asteroid dəqiq orbiti üzrə hərəkət edir. Bu gün maksimal yaxınlaşmanın olacağını deyən X. Mikayılov əlavə edib ki, JO25 adlı asteroid  2014-cü ildə kəşf edilib: “Ölçüsü 1.5 km-dir. Yerə ən yaxın məsafəsi 1.76 milyon km olacaq. Bu da Ayla Yer arasındakı məsafədən 4.6 dəfə böyükdür. Asteroidin hərəkət sürəti 33.6 km/san təşkil edir. Onu adi gözlə görmək mümkün olmayacaq. Bu asteroidin parlaqlığı adi gözlə görə bildiyimiz ən zəif ulduzdan 100 dəfə zəifdir. Onu görünüş sahəsi böyük olan teleskoplardan izləmək olar. Azərbaycandan bu asteroidi aprelin 19-u gecədən səhərə kimi, sabah isə axsam saat 01:00-a kimi görmək mümkün olacaq. Asteroid adi ulduz kimi deyil və. Teleskopla baxdıqda ulduzlar nöqtə kimi, bu obyekt isə nazik uzun bir xətt kimi görünəcək. Bu asteroidin ölçüsü bir az böyük olduğuna görə səs-küyə səbəb olub. Ümumiyyətlə, həftə ərzində bir neçə dəfə müxtəlif ölçülü asteroid Yerin yaxınlığından keçir və heç bir təhlükə yaratmır. Lakin bunun ölçüsü çox olduğundan Yerə çox yaxın olsaydı təhlükə ehtimalı ola bilərdi. Ancaq indi Yerdən çox uzaq məsafədə keçdiyindən təhlükə gözlənilmir”.


X. Mikayılov əlavə edib ki, bu asteroidin bir də Yerə yaxınlaşması 500 ildən sonra gözlənilir. 2004-cü ildə ölçüsü 5 km olan asteroid Yerlə Ay arasındakı məsafədən 4 dəfə artıq bir məsafədən keçib. Direktor müavini qeyd edib ki, birdə belə bir nəhəng asteroidin Yerin yaxınlığından keçməsi 2027-ci ildə gözlənilir: “Bu asteroid Yerdən bir Ay məsafəsi qədər, yəni 380 min km məsafədən keçəcək. Bu da Yerə indikindən 4,6 dəfə yaxın deməkdir. O, daha parlaq olacaq və qaranlıq havada adi gözlə görmək mümkün olacaq. Onun parlaqlığı adi gözlə görünən ulduzdan 2,5 dəfə az olacaq”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan men kurd terrorcularina qarsi emeliyyat barede rusiya ve abs i xeberdar etdim
    Ərdoğan: “Mən kürd terrorçularına qarşı əməliyyat barədə Rus...
  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ