Şamaxının Mədrəsə kəndində sürüşmənin əhatə dairəsi genişlənib

samaxinin medrese kendinde surusmenin ehate dairesi genislenib

Şamaxının Mədrəsə və ikinci Cabanı kəndlərində sürüşmə sahələri aktivləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, bir müddət əvvəl rayonun ikinci Cabanı kəndində böyük çökmə prosesi baş verib.

 

Onun sözlərinə görə, çökmə nəticəsində əsas kənd arası yol bağlanıb: “Biz həmin vaxt ərazidə monitorinq aparanda bildirdik ki, yarğan boyu yerləşən evlərə təhlükə gözlənilir. Çünki evlərdə çatlar yaranmışdı. Hazırda sürüşmə prosesi sönməyib. Havanın da belə qeyri-stabil keçməsi ilə əlaqədar torpaq rütubətlidir, tam doyub və ilişmə qüvvəsini itirib. Həm də kənd sürüşməyə meylli, təxminən 40-45 dərəcə mailliyi olan yamacda yerləşir”.

 

Ə. Qaralov qeyd edib ki, rayonun Mədrəsə kəndində isə bir müddət əvvəl baş vermiş sürüşmə nəticəsində 20 hektar ərazidə vətəndaşlara verilmiş pay torpaqları yararsız vəziyyətə düşüb: “Ərazidə çökmə-sürüşmə baş vermiş və yarğanlar əmələ gəlmişdi. Hətta kəndə bitişik bir neçə fərdi yaşayış evini köçürmüşdülər. 20-yə yaxın fərdi yaşayış evində isə çatlar əmələ gəlmişdi. Hazırda Mədrəsə kəndində sürüşmə öz əhatə dairəsini genişləndirib. Sürüşmə sahəsi təxminən 40 hektara yaxın ərazini əhatə edir. Sürüşmə prosesi aktiv fazadadır. Kənddə textonik çatlar boyu çoxsaylı səth suları çıxıb. Həmin sular da axaraq yarğanlar əmələ gətirib, sürüşmə prosesini artıb. Pay torpaqları isə əkin-biçin üçün yararsız vəziyyətə düşüb”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:18 27 İyul
19:33 27 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • brent markali neftin qiymeti 51 3 dollar etrafinda deyisir
    Brent markalı neftin qiyməti 51,3 dollar ətrafında dəyişir...
  • istanbulda siddetli dolu ve kulek neticesinde 10 nefer xesaret alib
    İstanbulda şiddətli dolu və külək nəticəsində 10 nəfər xəsar...
istanbulda siddetli dolu ve kulek neticesinde 10 nefer xesaret alib istanbulda siddetli dolu ve kulek neticesinde 10 nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ