Səhiyyə Nazirliyi: Ötən il 76 min donordan 36 ton qan tədarük olunub

sehiyye nazirliyi oten il 76 min donordan 36 ton qan tedaruk olunub

Ötən ilin 11 ayında respublika üzrə donor sayı 76692 nəfər olub və onlardan 36,369 ton qan tədarük edilib.

 

APA-nın xəbərinə görə, Mərkəzi Qan Bankının direktor müavini Namirə Abbasova bildirib ki, Aşura günü 4141 nəfər qan verib, onlardan 1863,8 litr qan alınıb.

 

Onun sözlərinə görə, 2016-cı ildə Mərkəzi Qan Bankında 44393 nəfər qan verib. Bu qanlardan 17952 vahid eritrosit kütləsi və 639 vahid təzə dondurulmuş plazma (TDP) Talassemiya Mərkəzinə, 7324 vahid eritrosit kütləsi və 4 062 vahid TDP isə Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan xəstələrə buraxılıb: “2010-cu ildə respublika üzrə 46 530 nəfər donorluq edərək qan veribsə, 2015-ci ildə bu rəqəm 61,6% artaraq 75 184 nəfər olub ki, bu rəqəmin də təxminən 54,5%-i bankın donorlarının payına düşür. 40 972 nəfər donor MQB-na qan verib. Respublika üzrə 2010-cu ildə 21 ton 131 litr, 2015-ci ildə 36 ton 598 litr qan tədarük edilib”.

 

N .Abbasova əlavə edib ki, Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparılmasına nail olunub. Xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacının tam təmin edildiyini deyən direktor müavini qeyd edib ki, artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyasının da yerinə yetirilməsinə başlanıb.
 
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 22 Yanvar
12:40 21 Yanvar
Video
10:13 21 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida ev quslari arasinda kutlevi telefat musahide olunur
    Masallıda ev quşları arasında kütləvi tələfat müşahidə olunu...
  • efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib
    Efiopiyada "20 Yanvar" faciəsi ilə bağlı tədbirlər keçirilib...
efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib efiopiyada 20 yanvar faciesi ile bagli tedbirler kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Yanvar, 2017

USD
1.8311
 
EUR
1.9483
 
RR
0.0308
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ