Sər­hədçilərin Heydər Əliyev və İlham Əliyev zirvələri yürüşü təşkil olunub

Dövlət Sərhəd Xidməti (DSX) 15 iyun – Milli Qurtuluş gününün 25 illiyi ərəfəsində xidmətdə fərqlənmiş bir qrup sər­hədçinin Böyük Qafqaz sıra dağ­larının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündür­lükdə yerləşən Heydər Əliyev zirvəsinə və Ağstafa rayonunun Keşikçi dağ ərazisində yerləşən İlham Əliyev zirvəsinə ənənəvi yürüşünü təşkil edib.

 

DSX-nin mətbuat mərkəzindən APA-ya bildirilib ki, Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından və Şəmkir sərhəd dəstəsinin “Keşikçi dağ” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirak­çıları mürəkkəb relyefə malik olan dağlıq əraziləri fəth edərək, təyin olunmuş zirvələrə qalxıb. Orada bayraq ucaldılıb, dövlət himnini ifa olunub, ayalar üzərinə “Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyini tərənnüm edən lövhələr bərkidilib.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267