Sınaq və rus bölməsi abituriyentlərinin Azərbaycan dili imtahanlarının vaxtı açıqlanıb

sinaq ve rus bolmesi abituriyentlerinin azerbaycan dili imtahanlarinin vaxti aciqlanib

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçiriləcək daha bir neçə imtahanın tarixini açıqlayıb. DİM-dən APA-ya verilən məlumata görə, rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanında (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11-illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün) ilk imtahanda iştirak üçün qeydiyyat 16-31 mart tarixlərində aparılacaq. 1-ci imtahan 9 aprel, 2-ci imtahanda iştirak üçün qeydiyyatın aparılması (1-ci imtahanda “qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün) 20 – 31 may, 2-ci imtahan (1-ci imtahanda “qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün) 11 iyun tarixlərində keçiriləcək.

 

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (I-IV ixtisas qrupları üzrə) sınaq imtahanlarının keçiriləcəyi tarixlər də məlum olub. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 27 may və 11 iyunda olacaq.

 

Qeyd edək ki, DİM bir müddət əvvəl buraxılış, magistratura, rezidentura, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında və ali məktəblərə qəbul imtahanlarının keçiriləcəyi tarixləri elan edib.

 

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul ounmaq üçün ərizə qəbulu 10-17 mart, imtahana buraxılış vəsiqəsinin çap edilməsi 5-8 aprel, qəbul imtahanı I mərhələ 9 aprel, proqram seçimi 15-22 may, imtahana buraxılış vərəqəsinin çap edilməsi 31 may – 3 iyun, qəbul imtahanı II mərhələ 4 iyunda, ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 10 – 17 mart, imtahana buraxılış vərəqəsinin çap edilməsi 5 – 8 aprel, qəbul imtahanı I mərhələ 9 aprel, imtahana buraxılış vərəqəsinin çap edilməsi 1 - 4 iyul, qəbul imtahanı II mərhələ 5 iyulda keçiriləcək.

 

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu  (I- IV qruplar) 16 mart‑10 aprel, ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı 15 – 22 may, qəbul imtahanı (ilk imtahan) – I-IV  qruplar üzrə aprel‑may, qəbul imtahanı (ikinci imtahan) – I-IV qruplar üzrə iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 7 – 18 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları, 25 iyul - 3 avqust, jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 21 – 24 iyulda aparılacaq.

 

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu 14 mart - 4 aprel, qəbul imtahanı I mərhələ (əvvəlki illərin məzunları) 16 aprel, qəbul imtahanı II mərhələ (əvvəlki illərin məzunları) iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat 7 – 18 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 19 – 23 iyul, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında ərizə qəbulu 16 mart‑10 aprel, qəbul[u1]  imtahanı (əvvəlki illərin məzunları) iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat 7 – 18 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 25 iyul – 3 avqustda keçiriləcək.

 

Ümumi orta təhsil bazasında I mərhələ, 1-ci istiqamət (region) 5 mart, ilk peşə-ixtisas təhsili müəssisələri və ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət  (region) 12 martda keçirilib. Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət (region) 18 mart, ümumi orta təhsil bazasında II mərhələ və tam orta təhsil bazasında buraxılış imtahanları iyunda olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida onlarla evde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda onlarla evdə çökmə baş verib, bir neçə ailə evakua...
  • nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur
    Nazir: “Vyana razılaşması Azərbaycanın maraqlarına uyğundur”...
nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ