Siyavuş Novruzov: “Qaçaq Koroğluya parkda heykəl qoyuruq, Xətainin heykəli isə yolun ortasındadır”

siyavus novruzov qacaq korogluya parkda heykel qoyuruq xetainin heykeli ise yolun ortasindadir

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibin in müavini Siyavuş Novruzov Məmmədhüseyn Şəhriyar və Şah İsmayıl Xətainin adının ölkədə layiqincə əbədiləşdirilməməsindən narazılıq edib.

 

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında S. Novruzov bildirib ki, Şəhriyarın adına Azərbaycanda bir qəsəbənin belə olmaması düzgün deyil.

 

“Halbuki o, Azərbaycanın ən böyük şairlərindəndir.

 

Bundan başqa, Azərbaycan dövlətinin banisi, 1 milyon kvadrat kilometrdən çox ərazidə dövlət qurmuş Şah İsmayıl Xətaiyə elə yerdə heykəl qoymuşuq ki, orda şəkil çəkdirmək istəyən turist mütləq avtoqəzaya düşəcək. Belə olmaz. Qaçaq Koroğluya parkın ortasında heykəl qoyuruq, amma Şah İsmayılın heykəli yolun ortasındadır”.

 

Spiker Oqtay Əsədovun deputatına sözlərinə reaksiyası isə belə olub: “Koroğlu qaçaq deyil. İndi də etnoslarımıza sataşma”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267