Tobias Bauman: "Əmək və məşğulluq sahəsində aparılan islahatlarda Azərbaycanla əməkdaşlığa hazırıq"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK-Azərbaycan”) nümayəndə heyəti ilə görüş olub.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasətinin ölkədə şəffaf biznes və investisiya mühitinin formalaşmasına və özəl sektorun genişlənməsinə, xarici şirkətlərin ölkəmizdə fəaliyyəti üçün əlverişli şərait yaradılmasına da imkan verdiyini, qeyri-neft sektorunun dinamik artımı şəraitində milli iqtisadiyyatın dayanıqlı inkişafına nail olunduğunu vurğulayıb.  Nazir bu proseslərin ölkədə yeni iş yerlərinin açılmasını, əmək resurslarının məşğulluq imkanlarının artmasını, əmək bazarının inkişafını da stimullaşdırdığını qeyd edib. 

 

S.Babayev əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı proqramlarının icrası və genişləndirilməsi, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması,  qeyri-formal məşğulluğun qarşısının alınması sahələrində görülən işlər, aparılan islahatlar barədə məlumat verib. Həmin sahələrlə bağlı səmərəli fəaliyyət mexanizmlərinin qurulmasında biznes strukturları ilə birgə işlərin əhəmiyyətindən bəhs edən nazir bildirib ki, 120-dən artıq üzv şirkətin əhatə olunduğu “AHK-Azərbaycan” ilə əmək və məşğulluq sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Xüsusilə işçilərin sosial sığorta, həmçinin işsizlik sığortası sistemində iştirak səviyyəsinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması, korporativ sosial məsuliyyət prinsipi çərçivəsində aktiv əmək bazarı proqramlarının hazırlanması və icrası sahələrində Palata ilə fəal əməkdaşlığın qurulmasının faydalı olduğu vurğulanıb.

 

“AHK-Azərbaycan”ın bu sahədə işlərə öz dəyərli töhfəsini verə biləcəyini deyən S.Babayev diqqətə çatdırıb ki, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması üçün aparılan islahatlar çərçivəsində yaradılması nəzərdə tutulan məşğulluq portalında ölkəmizdəki alman şirkətləri tərəfindən də vakansiyaların yerləşdirilməsi, işçi qüvvəsinə olan tələblərin qeyd olunması bu işlərə müsbət dəstək ola bilər.  Eyni zamanda, Palata həssas qruplar üçün peşə hazırlığı infrastrukturunun genişləndirilməsində, istehsalatla əlaqəli, yəni dual peşə təhsili və təlimi potensialının gücləndirilməsində iştirak edərək öz dəstəyini göstərə bilər. 

 

“AHK-Azərbaycan”nın icraçı direktoru Tobias Bauman əmək və məşğulluq sahəsində aparılan islahatlarda hər zaman nazirliklə əməkdaşlığa hazır olduqlarını bildirib. O, Palatanın bütün mümkün əməkdaşlıq istiqamətlərində birgə işlərin yerinə yetirilməsini təmin edə biləcəyini qeyd edib.

 

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs da katerin qezaya ugramasi neticesinde 17 nefer olub
    ABŞ-da katerin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb ...
  • goranboyda 125 mm lik top mermisi askarlanib
    Goranboyda 125 mm-lik top mərmisi aşkarlanıb
goranboyda 125 mm lik top mermisi askarlanib goranboyda 125 mm lik top mermisi askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267