XƏBƏR LENTİ

Böyüt
TOP 5
Ölkədə və dünyada baş verən xəbərlərlə bağlı bildiriş almaq istəyirsinizmi?

UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20 illiyi “ASAN Xidmət” Mərkəzində qeyd olunub - FOTO - VİDEO

unicef in azerbaycandaki fealiyyetinin 20 illiyi asan xidmet merkezinde qeyd olunub foto video

Bakı. Gülnar Bəşirova - APA. UNICEF-in Azərbaycandakı nümayəndəliyinin, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Beynəlxalq Ekologiya Təşkilatının, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) birgə təşkilatçılığı ilə UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20 illiyi Xətai “ASAN Xidmət” Mərkəzində qeyd olunub.

 

APA-nın məlumatına görə, tədbirdə xüsusi foto sərgi nümayiş etdirilib. Qeyri-adı formatda olan bu foto sərgi UNICEF-in Azərbaycandakı fəaliyyətinin 20 illiyi münasibətilə hazırlanıb və təşkilatın ölkədəki əsas prioritetlərini əks etdirir.

 

Tədbirin açılış mərasimində UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, IDEA təşkilatının layihələr üzrə rəhbəri Anara İsmayılova, VXSİDA-nın sədri İnam Kərimov, AHK sədri Əli Hüseynli iştirak ediblər.

 

Tədbirdə çıxış edən VXSİDA-nın sədri İnam Kərimov bildirib ki, bugünkü tədbirin məqsədi UNICEF-in Azərbaycandakı fəaliyyəti ilə tanış olmaq, o cümlədən Azərbaycanda uşaq hüquqlarının qorunması, bu sahədə keçirilən tədbirlərə dəstək verməkdir: “ASAN Xidmət” mərkəzlərinin göstərdiyi xidmətlərin bir qismi də uşaqların hüquqlarının müdafiəsi ilə bağlıdır. Xüsusilə uşaqların vətəndaşlıq vəziyyətləri barədə, yəni onların şəxsiyyətini təsdiq edən sənədlərin verilməsi, şəxsiyyət vəsiqəsi və pasportların verilməsi “ASAN Xidmət” mərkəzləri, eləcə də aidiyyəti dövlət qurumları tərəfindən təmin edilir".

 

Tədbirə yaxından dəstək verdiyinə görə UNİCEF-ə, IDEA təşkilatına və onun rəhbəri Leyla Əliyevaya xüsusi təşəkkürünü bildirən İnam Kərimov bildirib ki, uşaqların hüquqlarının müdafiəsi üçün daha konkret tədbirlər nəzərdə tutulub: “Əsas elementlərdən biri də ekoloji təmiz mühitdə yaşamaq hüququnun təmin edilməsidir”.

 

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard isə qeyd edib ki, Azərbaycanda 1993-cü ildə fəaliyyətə başlayan qurum səhiyyə, təhsil, uşaqların müdafiəsi, gənclərin sağlamlığı, inkişafı və iştirakı kimi sahələrə öz əhəmiyyətli töhfəsini verib: "Çox şadıq ki, Azərbaycandakı fəaliyyətimizin 20 illiyini qeyd edirik. Məni sevindirir ki, qısa zaman keçməsinə baxmayaraq, “ASAN Xidmət” mərkəzlərində 750 minə yaxın insana xidmət göstərilib. Növbəti illərdə “ASAN Xidmət”lə daha yaxından əməkdaşlıq edəcəyik".

 

M.Herevard əlavə edib ki, 2014-cü ildə UNİCEF Azərbaycanda təhsil, səhiyyə, gənclər, eyni zamanda uşaqların hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən proqramları davam etdirəcək.

 

IDEA təşkilatının layihələr üzrə rəhbəri Anara İsmayılova isə təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. IDEA-nın dünyada 10-dan çox tərəfdaşı olduğunu deyən Anara İsmayılovanın sözlərinə görə, artıq uşaqların hüquqları ilə bağlı 2 beynəlxalq layihə həyata keçirilib.

 

Qeyd edək ki, bütün “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətində uşaqlar da nəzərə alınıb. Valideynləri ilə gələn uşaqların vaxtını daha maraqlı keçirməsi məqsədilə burada uşaq əyləncə mərkəzləri, ana və uşaq otaqları yaradılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyanin nijni novqorod seherinde mehriban azerbaycan qadinlari cemiyyeti fealiyyete baslayib
    Rusiyanın Nijni Novqorod şəhərində “Mehriban” Azərbaycan qad...
  • heyder eliyev fondu usaqlar ucun qebelede istirahet proqrami teskil edib
    Heydər Əliyev Fondu uşaqlar üçün Qəbələdə istirahət proqramı...
heyder eliyev fondu usaqlar ucun qebelede istirahet proqrami teskil edib heyder eliyev fondu usaqlar ucun qebelede istirahet proqrami teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Avqust, 2016

USD
1.628
 
EUR
1.8374
 
RR
0.0251
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ