Xətai rayonunda sürüşmə sahəsində aparılan genişmiqyaslı tədqiqat işləri başa çatıb

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası tərəfindən Xətai rayonunun Nəsrəddin Tusi küçəsi ilə Gəncə prospekti arasındakı yamacda yerləşən sürüşmə sahəsində genişmiqyaslı tədqiqat işləri başa çatıb.

Bunu APA-ya açıqlamasında ETSN-in Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib. O bildirib ki, sürüşmə sahəsində yerləşən yaşayış massivində dövlət sifarişinə əsasən həyata keçirilən kompleks-geoloji tədqiqatlar avqustun sonlarında yekunlaşıb.

 

B. Qaralovun sözlərinə görə, ərazinin dayanıqlığını təmin etmək məqsədilə aparılan tədqiqatlar 1 ay müddətində aparılıb: “Tədqiqatlar zamanı süxurlardan nümunələr götürülüb, onlar laboratoriyalara verilib və hazırda hesablamalar, laborator analizlər aparılır. Hesablamalar ilin sonuna kimi davam edəcək və sonda hesabat hazırlanaraq hökumətə-Nazirlər Kabinetinə təqdim olunacaq”.

 

Sürüşmə sahələrində hazırkı vəziyyətə gəlincə, B.Qaralov qeyd edib ki, ölkənin sürüşmə zonalarında vəziyyət stabildir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan rusiya serhedinde serhed siper emeliyyati kecirilir
    Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçir...
  • tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir
    Tiflisdə NATO PA-nın yaz sessiyasının plenar iclası keçirili...
tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir tiflisde nato pa nin yaz sessiyasinin plenar iclasi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ