“Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub

jara beynelxalq musiqi festivali istirakcilarinin qirmizi xali uzerinden kecidi olub

Bakıda, Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub. 

 

APA-nın xəbərinə görə, qırmızı xalıya ilk öncə festivalın təşkilatçısı müğənni Emin Ağalarov övladları ilə birlikdə çıxıb. Onun ardınca xalı üzərindən Svetlana Loboda, Anita Tsoy,  Oleq Qazmanov və  festivalın digər məşhur iştirakçıları keçiblər.  

 

Qeyd edək ki, festivalın açılış günündə tanınmış şoumenlər Andrey Malaxov və Yana Çurikovanın aparıcılığı ilə keçirilən qala-konsertdə səhnəyə Emin, Vera Brejneva, Loboda, Yeqor Krid, Qriqori Leps, Ani Lorak, MBand qrupu, Valeriya,  Potap və Nastya və başqaları çıxacaqlar.

 

Sabah məşhur rusiyalı ifaçı Sofiya Rotarunun yubileyinə həsr olunmuş xüsusi proqram təqdim olunacaq. İyulun 29-da Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecələri keçiriləcək.

 

500-dən çox qonağın iştirak edəcəyi “Jara-2017” musiqi festivalını 32 min tamaşaçı canlı izləyəcək.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267