“Eurovision-2018” mahnı müsabiqəsinin tarixi və keçiriləcəyi şəhər bəlli olub

eurovision 2018 mahni musabiqesinin tarixi ve kecirileceyi seher belli olub

“Eurovision-2018” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final mərhələlərinin tarixi və keçiriləcəyi şəhər bəlli olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Portuqaliya Milli Televiziyası və Avropa Yayım İttifaqı Lissabonu müsabiqənin ev sahibi seçib.  

 

Müsabiqənin  “Twitter”dəki rəsmi səhifəsində tədbirə həsr olunmuş videoçarx da dərc edilib.

 

Bundan başqa, müsabiqəsinin yarımfinal və final  mərhələlərinin tarixi də müəyyən edilib. Belə ki, yarımfinallar müvafiq olaraq 8 və 10 may, final isə mayın 12-də keçiriləcək.

 

Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O,  Amar Pelos Dois mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267