Toylarda oxunan musiqi əsərlərinin müəlliflərinə ödəniləcək qonorarın yeni məbləğləri müəyyənləşdirilib

toylarda oxunan musiqi eserlerinin muelliflerine odenilecek qonorarin yeni meblegleri mueyyenlesdirilib
Qonorar şadlıq evlərinin, kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödəniləcək

Nazirlər Kabineti “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda dəyişiklik edib.

 

APA-nın məlumatına görə, indiyə qədər mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün klublarda, barlarda, gecə barlarında, kafelərdə, restoranlarda, kazinolarda və digər ictimai yerlərdə (istər artist-ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində) kütləvi ifasına görə (toy mərasimləri və konsert tədbirləri istisna olmaqla) müəllif qonorarı minimum əmək haqqının 16 mislinə bərabər olmalı idi.

 

Dəyişikliyə əsasən bundan sonra bu hallarda müəllif qonorarı bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat olacaq. İndiyə qədər mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq şadlıq evlərində, kafelərdə və restoranlarda (toy mərasimlərində) kütləvi ifasına görə müəllif qonorarı toy mərasimlərinin keçirildiyi hər gün üçün minimum əmək haqqının 6 mislinə bərabər olub. Bundan sonra isə bu hallarda müəllif qonorarı toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat olacaq.

 

Hər iki halda qonorar şadlıq evlərinin, kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödəniləcək. Həmin obyektlərin icarəyəverildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Qonorarın məbləği əldə olunan gəlirdən faizlə yox, mütləq rəqəmlərlə göstərilməlidir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272