Ukraynanı “Eurovision-2018”- də təmsil edəcək ifaçı müəyyənləşib

ukraynani eurovision 2018 de temsil edecek ifaci mueyyenlesib

Ukraynanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Melovin” səhnə təxəllüsü ilə çıxış edən müğənni Konstantin Boçarov ölkəsini Lissabonda “Under the Ladder” (Pilləkənin altında) mahnısı ilə təmsil edəcək.  

 

Məlumata görə, milli seçim turnirinin qalibi peşəkar münsiflər heyəti və televiziya tamaşaçıları tərəfindən səsvermə ilə müəyyənləşdirilib.  

 

Odessada anadan olan 20 yaşlı K.Boçarov 2015-ci ildə Ukraynada keçirilən “X-faktor” vokal şousunun qalibi olub.  

 

Xatırladaq ki, portuqaliyalı Salvador Sobral “Amar Pelos Dois” mahnısı ilə Kiyevdə keçirilmiş “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi elan edilmişdi. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272