ARDNF-nin aktivlərini idarə edən alman bankı müflislik təhlükəsi ilə üzləşib - TƏHLİL

ardnf nin aktivlerini idare eden alman banki muflislik tehlukesi ile uzlesib tehlil

Hələ 3 il bundan qabaq "Deutsche Bank"ın müflis olması ilə bağlı xəbərlər dolaşırdı. Buna səbəb kimi bankın balansında olan təmin olunmamış derivativlərin həddən artıq olmasıdır. İndi isə bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) danışmağa başlayıb. Bu barədə bir qədər sonra...

 

2013-cü ildə məlum olub ki, "Deutsche Bank"ın təmin olunmamış derivativlərinin həcmi 55,6 trln. avro və ya 72,8 trln. dollar olub ki, bu da mütləq dünya rekordudur. Mütləq rekordçunun ABŞ bankı olmaması hələ o vaxt bir çox ekspertləri təəccübləndirmişdi. Düzdür, ABŞ-ın "JPMorgan" bankı o zaman cəmi 2 trln. dollarla ikinci yerdə idi.

 

IMF rəsmiləri deyir ki, Almaniyanın ən iri bankı qlobal maliyyə sistemi üçün ən böyük risklərdən biridir. Yeri gəlmişkən, artıq iki il dalbadal "Deutsche Bank" ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) apardığı stress-testlərdən "kafi" qiyməti alır. Adıçəkilən bankın səhmləri iki gün öncə rekord səviyyəyədək ucuzlaşıb.

 

Almaniyanın ən iri bankları və sığorta şirkətləri daxili bazarda bir-birinə sıx bağlıdırlar. "Allianz", "Munich Re", "Hannover Re", "Deutsche Bank", "Commerzbank" və "Aareal" bir-birinə daha sıx bağlıdır. Anladığınız kimi, bu zəncirin bir halqasının axsaması "domino effekti" ilə digərlərini də uçuruma apara bilər.

 

Maraq üçün deyək ki, "Deutsche Bank"dan qlobal maliyyə sistemi üçün risk yaradanlar HSBC və "Credit Suisse" banklarıdır.

 

Öz növbəsində Almaniyanın digər iri bankı "Commerzbank" qlobal maliyyə sistemi üçün risk yaratmır və daxili bazarın əsas oyunçusu olaraq qalır. Faktiki olaraq, "Commerzbank" sadəcə bu riskləri ABŞ və Avropa banklarından alır.

 

IMF bildirir ki, Almaniyanın bank sektorundakı təlatümlər daxili bazardan çox xarici bazarlar üçün risk yaradır. Başqa sözlə, kontragentlərin qlobal oyununda "Deutsche Bank" çökdüyü halda, bayaq qeyd etdiyimiz kimi, bu, "domino effekti" verəcək və ardınca başqalarını da aparacaq.

 

Fondun rəsmiləri qeyd edir ki, Almaniya mütləq və tez şəkildə problemdən çıxış yolunu tapmalıdır. Bankın aktivləri yenidən qiymətləndirilməlidir. Bundan başqa, Almaniya hökuməti banka nəzarəti gücləndirməli, lazım gələrsə moratorium tətbiq etməlidir. Almaniya mətbuatını vərəqlədikdə isə məlum olur ki, artıq yerli hökumət operativ şəkildə bu istiqamətdə müvafiq addımlar atmağı planlaşdırır. Lakin ən operativ şəkildə belə atılan addımlar xeyli müddət ala bilər. Halbuki, IMF bir neçə gündən danışır. İstənilən halda, hökumət bildirir ki, vəziyyət nəzarət altındadır.

 

 

"Deutsche Bank" Azərbaycan üçün heç də yad bank deyil. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ötən il üzrə hesabatında bildirilir ki, "Deutsche Bank Advisors" fondun aktivlərinin təxminən 100 milyon dollarından artıq hissəsini idarə edir. Ümumilikdə, 2015-ci ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 7,1%-i xarici menecerlər tərəfindən idarə edilir. ARDNF-dən bildirlir ki, vəsaitlərin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.

 

31 dekabr 2015-ci il tarixinə fond maliyyə təşkilatları ilə ("xarici menecerlərlə") aktivlərin idarə edilməsi haqqında razılaşmalara əsasən 3 mln. 708,059 min manat (2 mln. 377,875 min dollar) məbləğində vəsait, o cümlədən pul vəsaitləri və onların ekvivalentlərini saxlayıb. 2013-cü, 2014-cü və 2015-ci illər ərzində fondun xarici menecerləri kimi "Deutsche Bank AG", Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı Qrupu), "State Street Global Advisors" və UBS çıxış ediblər.

 

Yeganə Laçınzadə, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ