"Brexit"in Şərqi Avropaya təsiri beynəlxalq reytinq agentliyinin gözü ilə - TƏHLİL

brexit in serqi avropaya tesiri beynelxalq reytinq agentliyinin gozu ile tehlil

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendumdan sonra onun nəticələri üzrə müxtəlif müzakirələr, proqnozların verilməsi və sair davam edir. O cümlədən bu hadisənin həm ümumilikdə Avropa İttifaqına, müxtəlif sahələrə və region və ölkələrə mümkün mənfi təsirləri üzrə təhlillər aparılır.

 

Bu sahədə “Standard&Poor’s” agentliyinin son araşdırması xüsusi maraq doğurur. Bu araşdırma “Brexit”in Şərqi Avropa ölkələrinə təsirinə həsr olunub. Qeyd edək ki, hətta referendumdan əvvəl Şərqi Avropa ölkələrində “Brexit”in mənfi təsiri barədə müzakirə və ehtimallar aparılıb. “Standard&Poor’s” agentliyi bu sahədə bütün məsələləri cəmləşdirərək maraqlı nəticələrə gəlib.

 

İlk növbədə vurğulamaq lazımdır ki, agentlik “Brexit”in Şərqi Avropa ölkələrinə təsiri və ya həssaslığı üzrə renkinq hazırlayıb. Agentliyin hesablamalarına görə, ən həssas ölkə Litvadır, daha sonra siyahıda Latviya, Macarıstan, Polşa, Slovakiya, Estoniya, Bolqarıstan, Çexiya, Rumıniya, Sloveniya, Xorvatiya, Türkiyə və Rusiya gəlir. Ölkələrin sıralaması hansı prinsiplərə əsasən müəyyənləşdirilib? Bu məsələdə əsas məqam bu ölkələrdən Böyük Britaniyaya miqrasiya, ilk növbədə əmək miqrasiyadır. Məsələn, agentliyin hesablamalarına görə, Litva vətəndaşlarının 5,4%, Latviyanın isə 5,3 faizi Britaniyada yaşayır. Bu məqam ciddi faktor hesab olunur. “Brexit”in Şərqi Avropa ölkələrinə ilk təsiri əmək miqrasiyası baxımından olacaq, çünki ən pis halda əmək miqrantlarının hamısının vətənə qayıtması mümkündür. Bundan əlavə “Standard&Poor’s” bildirir ki, əmək miqrasiyası ilə paralel olaraq pul köçürmələri amili də var. Burada qeyri-təbii bir şey yoxdur: adətən əmək miqrantları əldə etdikləri gəlirin bir hissəsini öz ölkələrinə göndərir. Bu baxımından da yuxarıda sadalanan ölkələrin sırasında ilk olanlar daha ciddi ziyanla üzləşə bilərlər. Lakin burada bir maraqlı məqam var: “Standard&Poor’s” yazır ki, bu yaxınlarda aparılmış araşdırma zamanı məlum olub ki, Britaniyada çalışan Rumıniya, Polşa, Bolqarıstan və Litva vətəndaşları evlərinə daha az pul göndərirlər. Səbəblər açıqlanmır, amma, məsələn, Polşa misalında ehtimal etmək olar ki, ölkədə qalanların xaricdə işləyənlərin qazancından asılılığı çox aşağıdır.

 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Britaniyada olan əmək miqrantlarının üzləşəcəyi problemlər artıq Polşa hökumətin diqqət mərkəzindədir. Polşa rəsmiləri bəyan edirlər ki, Varşava Londonla müvafiq ikitərəfli sazişlərin tez bir zamanda hazırlayıb, razılaşdırıb, işə salmaq niyyətindədir. Polşa prezidenti Andjey Duda bəyan edib ki, Britaniya hökuməti də polyakların ölkənin inkişafına verdiyi dəstəyi görür. “Biz hər şey edəcəyik ki, polyakların hüquqları Böyük Britaniyada məhdudlaşdırılmasın”, - deyə prezident Duda bildirib.

 

Bu sahədə qeyd etmək lazımdır ki, əmək miqrasiyası üzrə şərtlərin sərtləşdirməsi Böyük Britaniyanın da maraqlarına uyğun deyil. “Standard&Poor’s” hesablamalarına görə, Avropa İttifaqından əmək miqrantları Britaniyanın işçi qüvvəsinin 7 faizini təşkil edir. Həmçinin bir məqam da var - miqrantların bir hissəsi britaniyalıların özlərinə sığışdırmadığı işlərdə işləyirlər ki, bu da əmək və miqrasiya sahəsində şərtləri tarazlaşmağın lehinə olan daha bir amildir.

 

Miqrasiya məsələsi Şərqi Avropanın “Brexit”ə qarşı zəifliliyin əsas komponentidir. Bundan başqa ticarət və investisiya sahələrində də mənfi təsiri gözləmək olar. Ticarət sahəsində təsir birbaşa, investisiya sahəsində isə dolayı olacaq. Ticarət əlaqələri üzrə “Standard&Poor’s” hər hansı konkret proqnozlar vermir, amma investisiya fondlarının azalacağı şübhəsizdir. Hətta bu onunla bağlı olacaq ki, Şərqi Avropa ölkələri Avropa İttifaqının mərkəzləşmiş investisiya fondlarından sərmayə alır, oraya isə Böyük Britaniyanın ayırmaları təbii ki, dayandırılacaq. Qeyd edək ki, Böyük Britaniyanın bu fondlarda payı təxminən 10%-ə bərabərdir.

 

Ümumilikdə, “Standard&Poor’s” hesab edir ki, maliyyələşmə sahəsində Brexitin Şərqi Avropa ölkələrinə mənfi təsiri ticarət sahəsindən daha güclü olacaq. Həmçinin burada bir məqamı da qeyd etmək lazımdır. Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra qəbul ediləcək müxtəlif ticarət reqlamentləri və funtun ucuzlaşması Britaniya mallarının Avropa bazarlarında rəqabət qabiliyyətini azaldacaq. Bu isə müvafiq olaraq kontinental Avropa, o cümlədən keyfiyyətli Şərqi Avropa istehsalı mallara tələbatı artıra biləcək. Bu mütləq deyil, amma belə bir ehtimal var. Nəticədə, bu ölkələr bazarlarda Britaniya mallarını müəyyən qədər sıxışdıra biləcəklər.

 

 “Standard&Poor’s” belə bir cədvəl hazırlayıb ki, burada Şərqi Avropanın “Brexit”ə qarşı həssaslıq əmsalı göstərilib:

 

Ölkə

Aİ-nin fondlaşma amili

İxrac amili

Miqrasiya amili

Pul köçürmələri amili

Yekun indeksi

Litva

0,85

0,98

0,97

0,63

3,44

Latviya

0,75

0,57

1,00

1,00

3,32

Macarıstan

1,00

0,86

0,16

0,26

2,28

Polşa

0,78

0,63

0,41

0,20

2,03

Slovakiya

0,34

0,84

0,27

0,24

1,69

Estoniya

0,44

0,79

0,20

0,21

1,63

Çexiya

0,40

1,00

0,06

0,08

1,55

Bolqarıstan

0,63

0,38

0,15

0,11

1,26

Rumıniya

0,51

0,27

0,16

0,05

0,99

Sloveniya

0,56

0,17

0,00

0,00

0,74

Xorvatiya

0,20

0,16

0,00

0,04

0,40

Türkiyə

0,00

0,29

0,01

0,00

0,31

Rusiya

0,00

0,00

0,00

0,00

0,01

 

Ümumilikdə, “Standard&Poor’s” agentliyi hesab edir ki, qısamüddətli perspektivdə “Brexit”in Şərqi Avropa ölkələrinə birbaşa mənfi təsiri kiçik olacaq, bu təsirin zamanla tədricən artacağını gözləmək olar. Bu prosesdə ilk növbədə investisiyaların azalması və mərkəzləşmiş fondlar xətti ilə maliyyələşmənin zəifləməsi amillərini qeyd etmək lazımdır.  Nəhayət, “Standard&Poor’s” qeyd edir ki, əgər “Brexit” Avropa İttifaqında hər hansı mənfi siyasi dəyişmələrə səbəb olacaqsa, bu potensial təhlükə yarada bilər. Amma hələlik bu barədə danışmaq bir qədər tezdir.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
11:38 24 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda mekteb binasina bomba qoyulmasi xeberi ile elaqedar sagirdler texliye edilib
    Gürcüstanda məktəb binasına bomba qoyulması xəbəri ilə əlaqə...
  • gurcustan prezidentinin qayni 4 il muddetine azadliqdan mehrum edilib
    Gürcüstan prezidentinin qaynı 4 il müddətinə azadlıqdan məhr...
gurcustan prezidentinin qayni 4 il muddetine azadliqdan mehrum edilib gurcustan prezidentinin qayni 4 il muddetine azadliqdan mehrum edilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8484
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ