Broker xidmətindən necə faydalanmaq olar? - TƏHLİL

broker xidmetinden nece faydalanmaq olar tehlil

Tarixə nəzər salsaq görərik ki, "broker" sözü ilk dəfə 1355-ci ildə İngiltərədə istifadə edilib. Lakin bu peşənin sözün əsl mənasında ortaya çıxması və bugünkü xüsusiyyətlərə qovuşması XVII əsrdə İngiltərədə baş tutub. Bunun səbəbi isə o illərdə İngiltərənin ən böyük dəniz ticarətinə sahib olması və pulun mühafizə mənbəyi olması idi. Dünyada əvvəllər Brokerlərin 4 əsas mərkəzi olub: London, Hamburq, Oslo və Nyu-York. İndi isə Broker xidməti göstərən brokerlər dünyanın bir çox ölkələrində fəaliyyət göstərirlər.

 

Ölkəmizdə  Broker xidməti göstərən investisiya şirkətlərindən biri bəlkə də ən birincisi "AzFinance" şirkətidir. Adı çəkilən şirkətin brokeri Elmidar Şirinzadə "AzFinance" İnvestisiya şirkətinin göstərdiyi 3 əsas xidmətdən birinin də məhz elə Broker xidməti  olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının mülki məcəlləsinə və qiymətli kağızlar haqqında qanuna əsasən hər  hansı bir qiymətli kağızı əldə etmək istəyən fiziki və ya hüquqi şəxs birbaşa qiymətli kağızı özü ala bilməz. Bu qanunvericiliklə tənzimlənir. Qiymətli kağızı investor ancaq investisiya şirkətlərinin köməkliyi ilə əldə edə bilər. Elə bu zaman qiymətli kağız əldə etmək istəyən şəxsə investisiya şirkətinin brokerləri Broker xidmətini göstərirlər. Bu zaman investorlardan cüzi komissiya haqqı tutulur deyə şirkət nümayəndəsi bildirib.

 

"AzFinance" investisiya şirkətinin brokeri Ramil Səmədov qeyd edib ki, broker xidmətləri "AzFinance" investisiya şirkətində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyaları tam təmin olunmuş peşəkar işçilər tərəfindən həyata keçirilir. Hər bir investisiya şirkəti maliyyə bazarının peşəkar iştirakçısıdır. İnvestisiya şirkətlərinin daxili normativ hüququ aktları olmalıdır. Bundan başqa, hər investisiya şirkətinin bir xidmətə görə iki ixtisas şəhadətnaməsinə malik işçisi olmalıdır. İşçilərinin bu cür şəhadətnaməsi olmayan şirkət investisiya şirkəti  hesab edilə bilməz. Ramil Səmədov qiymətli kağız almaq istəyən potensial investorun mütləq qaydada investisiya şirkətinə müraciət etməli olduğunu bildirib.

 

Qeyd edək ki, qiymətli kağızlar haqqında qanunda göstərilir ki, investisiya şirkətinin bu xidmətləri göstərmək üçün daxili qaydaları olmalıdır və müştəri bilməlidir ki, bu şərtlərlə qaydalar tənzimlənir. İstənilən investisiya şirkətinə müraciət edən investora bu daxili qaydalar təqdim edilməlidir. İnvestisiya şirkəti ilə investor arasında müqavilə imzalanarkən isə qarşı tərəfin, yəni investorun yalnız şəxsiyyət vəsiqəsi tələb olunur. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267