Dolların güclənməsi: müvəqqəti proses, yoxsa inkişafda olan ölkələr üçün yeni təhlükə? - TƏHLİL

dollarin guclenmesi muveqqeti proses yoxsa inkisafda olan olkeler ucun yeni tehluke tehlil

Avronun yanvarın 10-dan dollara qarşı bahalaşması gözlənilməz olaraq enmə ilə əvəzlənib. Yanvarın 10-dan fevralın 1-nə kimi avro 1,1948 dollardan 1,2510 dollaradək (6,7%) bahalaşıb, fevralın 1-dən isə 1,2340 dollaradək və ya 1,4% ucuzlaşıb. Nədir bu - adi bazar dəyişmələri, yoxsa yeni tendensiyanın yaradılmasıdır?

 

Bu suala cavab vermək üçün bir sıra müxtəlif amilləri təhlil etməliyik. Avronun ucuzlaşmasının konkret səbəbini bəzi analitiklər və informasiyalı mənbələr Almaniyada hökumət böhranı ilə əlaqələndirir. Söhbət ondan gedir ki, Almaniya kansleri Angela Merkel Sosial Demokrat Partiyası ilə koalisiya yaradılması üzrə razılığa gəlib (bu müsbət xəbərdir) və ən əsası məlum olub ki, Almaniyanın maliyyə naziri postuna sosial demokratların lideri Martin Şults deyil, Hamburqun meri Olaf Şolts təyin edilə bilər (bu xəbəri investorlar mənfi dəyərləndirib). Məhz bu xəbərdən sonra avro dollara qarşı 0,4% ucuzlaşıb.

 

Amma avronun ucuzlaşması dünən-bu gün deyil, fevralın əvvəlindən dönməz tendensiya şəklində davam edir. Və ən əsası, dediyimiz kimi, enmə trendi yüksəlmə trendini əvəzləyib. Bəlkə valyutaların dinamikasında daha əsaslı səbəblər axtarmaq lazımdır. Və burada biz növbəti dəfə çətinliklə üzləşirik, çünki dəqiq bilinmir ki, avro-dollar cütlüyünün dəyişməsi avronun zəiflənməsi və ya dollara möhkəmlənməsi ilə bağlıdır. İlk halda səbəbləri Avropada, ikinci halda isə ABŞ-da axtarmaq lazımdır.

 

Avropadan başlayaq. Makroiqtisadi sahədə, makroiqtisadi göstəriciləri sahəsində avronun ucuzlaşması üçün HEÇ BİR əsas yoxdur, demək olar, bütün son göstəricilər olduqca müsbətdir. Avronun ucuzlaşması dövründə vacib bəyanatların sırasında Avropa Mərkəzi Bankının nəzarət bölməsinin sədr müavini Sabina Lautenşlaqerin dediklərini qeyd etmək olar. Belə ki, xanım Lautenşlaqer bəyan edib ki, Böyük Britaniya bankları avrozonada işləmək istəyirsə, müvafiq lisenziya almaq üçün səylərini artırmalıdır. Brexitlə bağlı Britaniya bankları üçün heç bir güzəşt dövrü verilməyəcək və əgər Brexitin müddəti 2019-cu ilin martına təyin olunubsa, banklar formal tədbirlərini bu ilin üçüncü rübünə kimi yekunlaşdırmalıdır. Lakin eyni zamanda o bəyan edib ki, artıq səkkiz Britaniya bankı lisenziya almaq üçün sənədlərini təqdim edib. Ümumilikdə isə, son zamanlar 50-yə yaxın Britaniya bankı Avropanın müxtəlif tənzimləyiciləri ilə danışıqlar aparıb və onların müraciətləri hazırda "ilkin qeydiyyat" mərhələsindədir. Göründüyü kimi, bəyanatda bildirilən xəbərlər bir tərəfdən müsbət, digər tərəfdən isə mənfidir və bu səbəbdən dəqiq demək olmaz ki, Lutenşlaqerin bəyanatı avronun məzənnəsinə hər hansı təsir edib.

 

ABŞ-da isə daha ciddi proseslər baş verib. Belə ki, bir neçə gün əvvəl ABŞ-ın əsas fond indeksləri kəskin şəkildə enib. Məsələn, Dow Jones indeksi yalnız fevralın 5-də 1 175 bənd enib ki, bu azalma da 2008-cu ildən bu günə kimi ən güclü birgünlük azalmadır. Xatırladaq ki, bundan əvvəl Dow Jones indeksi yalnız rekordları yeniləməklə "məşğul idi". Bu fakt ABŞ rəsmiləri arasında fond bazarında "köpüyün" yaradılması təhlükəsi barədə fikirlərin genişlənməsinə səbəb olub ki, nəticədə Federal Ehtiyat Sistemi faiz dərəcələrini qaldırmaq siyasəti seçib, dolların möhkəmlənməsinə isə şərait yaradılıb. İndekslərin enməsindən dərhal sonra ilk reaksiya gəlib. Belə ki, Dallasın Federal Ehtiyat Bankının rəhbəri Robert Kaplan bəyan edib ki, ABŞ fond bazarında kütləvi satışlar təbii haldır və iqtisadiyyat üçün heç bir mənfi təsir gözlənilmir. Bu fikirlərlə razılaşmaq olar. Belə ki, indekslər həqiqət qeyri-real səviyyədə qalxıb və fond bazarı üçün təhlil əsasında əvvəl-axır investorlar tərəfindən mənfəət əldə etmək prosesi başlamalı idi. Bu isə, əlbəttə ki, satışlar vasitəsi ilə həyata keçirilir. Belə texniki satışlar vaxtaşırı həyata keçirilir ki, nəticədə kotirovkaların enməsi baş verir. Sadə desək, söhbət ondan gedir ki, səhmlərin qiyməti müəyyən səviyyəyə kimi qalxanda onların saxlayıcıları mənfəət əldə etmək üçün satmağa başlayır və bu proses əksər hallarda zəncirvarı xarakteri alır. Beləliklə Kaplan hesab edir ki, ABŞ-ın fond indekslərinin enməsi iqtisadiyyata mənfi təsir etməyəcək və bu yalnız "bazar hadisəsidir". Amma istənilən halda bu hadisə dolların möhkəmlənməsi ilə üst-üstə düşüb və çətindir inanmaq ki, bu adi təsadüfdür. Maraqlı məqam da budur ki, dollar tək avroya qarşı deyil, əksər aparıcı xarici valyutalara qarşı möhkəmlənib (funt sterlinq, Avstraliya dolları, İsveçrə funtu, Kanada dolları, istisna yalnız Yaponiya yenidir), halbuki eyni zamanda avro müxtəlif valyutalara qarşı müxtəlif dinamika göstərir. Əsasən bu fakt bizi diqqəti məhz ABŞ-a yönəltməyə məcbur edib.

 

Daha bir məqam. Statistika bildirir ki, ABŞ-da əhalinin gəlirləri və xərcləri artıb ki, bu da investorlar arasında inflyasiya gözləntiləri yaradır. Bu isə öz növbəsində müsbət xəbərdir, çünki Federal Ehtiyat Sistemi artıq neçə vaxtdır ki, inflyasiyanın artması istiqamətində çalışır. Makroqitsadi baxımından müsbət hal dolların möhkəmlənməsinə xidmət edir. Nəticədə, bütün əsas dünya valyutalara qarşı dolların bahalaşması baş verir. Burada da yeni bir çətinliklə üzləşirik. Çünki bu prosesin nə dərəcədə uzunmüddətli olacağı bilinmir. Əgər yaxın günlərdə dolların məzənnəsinin yüksəlməsi davam edərsə, deməli proses ən azı ortamüddətli olacaq və yaxın zamanda dollar-avro yeni məzənnəsində fiksə olunacaq. Oxşar proseslər digər valyutalara qarşı baş verdiyindən, prosesin ümumdünya xarakteri daşıdığını söyləmək olar. Bu isə heç də yaxşı xəbər deyil. Belə ki, əgər dünyanın güclü iqtisadiyyatlarına dolların möhkəmlənməsi o dərəcədə təsir etməyəcək. Ən azı o baxımından ki, bu ölkələrin iqtisadiyyatları difersifikasiya olunub. Dünyanın inkişafda olan ölkələri üçün dolların bahalaşması təhlükə yaradır. Həmin ölkələrin əsas "zəif yeri" özünü təminetmə qabiliyyətidir, çünki bu qabiliyyət inkişaf etmiş ölkələrdə çox aşağıdır. Sadə desək, əksər inkişafda olan ölkələr idxaldan asılıdır və bu asılılıq həm yeyinti, həm də qeyri-ərzaq, amma əhali tərəfindən yüksək tələbata malik olan mallara aiddir. Məişət texnikası, tikinti materialları, içkilər, nəqliyyat vasitələrinin daxili qiymətləri dolların möhkəmlənməsi ilə paralel bahalaşır və bu proses yerli bazarlarda da zəncirvarı tendensiyalar yaratmaqla yerli malların qiymətlərini də qaldırır. Prosesin baş verməməsi üçün iki əsas ehtimal ola bilər.

Birincisi, obyektiv baxımından dolların bahalaşmasının qısamüddətli və təsirsiz olması. İkincisi, güclənən dolların artıq ABŞ iqtisadiyyata zərər vurmağa başlaması.

 

Nəzərə almaq lazımdır ki, dolların bahalaşması artıq tendensiya xarakteri alıb. İnvestorlar ümid edir ki, məzənnə ABŞ iqtisadiyyatı üçün zərərli həddə çatanda ABŞ rəhbərliyi bu valyutanın zəifləndirilməsi istiqamətində tədbirlər görəcək.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
  • agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib
    Ağdaşda tərəvəz sahəsində narkotik yetişdirən iki qardaş həb...
agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272