Dünya maliyyə bazarında hansı və niyə daha üstündür: dollar, yoxsa avro? - TƏHLİL

dunya maliyye bazarinda hansi ve niye daha ustundur dollar yoxsa avro tehlil

2017-ci ildə və 2018-ci ilin əvvəlində geniş və güclü dinamika, eləcə də Avropa Mərkəzi Bankının (AMB) aktivlərin geri alınma proqramı avronu xarakterizə edən amillər olub. Bu barədə AMB tərəfindən hazırlanmış "Avronun rolu" adlı hesabatda deyilir.

 

Hesabatın əsas mövzusu avronun digər aparıcı valyutalarla müqayisədə qlobal valyuta bazarında və maliyyə bazarının müxtəlif sahələrində xüsusi çəkisi və həmin göstəricinin vaxt üzrə dinamikasıdır. Sənəddə vurğulanır ki, avro dünyada ikinci valyuta rolunu saxlamaqdadır. Həmin nəticə aşağıdakı sahələr üzrə hesablanmış xüsusi çəki üzrə əldə edilib: beynəlxalq borclanma bazarı, beynəlxalq kredit bazarı, xarici valyuta bazarında dövriyyələr, beynəlxalq ödəniş və köçürmələr sahəsi və beynəlxalq valyuta ehtiyatları sahəsi. Həmin sahələr üzrə avronun və digər aparıcı valyutaların xüsusi çəkisi cədvəldə göstərilir:

 

 

Göründüyü kimi, ABŞ dolları bütün sahələr üzrə aparıcı rol oynayır, yalnız dünya miqyasında ödəniş və köçürmələr üzrə avronun xüsusi çəkisi dolların xüsusi çəkisinə yaxınlaşmaq üzrədir.

 

Hərtərəfli təhlil üçün hər sahə üzrə avronun xüsusi çəkisinin dinamikasına fikir vermək lazımdır, çünki belə olan halda avronun dünya miqyasında "çəki və vacibliyinin" artması və ya azalmasını söyləmək mümkün olacaq. Beləliklə, ilk növbədə qlobal ehtiyat valyuta sahəsinə diqqəti yetirək, çünki həmin sahə valyutanın dünya miqyasında vacibliyinin, demək olar ki, əsas amil və göstəricidir. Hesabatda son 6 illik dövr təhlil edilir. 2012-ci ildə dolların xüsusi çəkisi təxminən 61,8%, 2017-ci ildə 65%, 2018-ci ilin ilik yarısında isə 62,7% təşkil etdiyi halda, avro üzrə müvafiq dinamika 24,6%, 19,3% və 20,1% təşkil edir. Beləliklə, bu sahədə təhlil olunan dinamika dəyişkən olsa da, son tendensiya dolların rolunun artmasını, avronun isə azalmasını göstərir.

 

Digər vacib sahə olan qlobal ödəniş və köçürmələrdir. Burada avro və dollar üzrə dinamika daha da maraqlıdır və təhlil üçün müəyyən əsaslar verir. Beləliklə, 2012-ci avro və dollar nisbəti məhz avronun xeyrinə olub. Yəni 2012-ci ildə beynəlxalq ödənişlərin 29,7%-i dollarla, 44%-i isə avro ilə aparılıb. Sonrakı illərdə həmin nisbət üzrə tədricən xüsusi çəkinin avrodan dollara "ötürülməsi" müşahidə olunurdu ki, nəticədə 2017-ci ildə beynəlxalq ödəniş və köçürmələrin 39,9%-i dolların payına, 35,7%-i isə avronun payına düşüb. Bu faktlardan çıxan əsas nəticə odur ki, ABŞ dolları beynəlxalq ödənişlərdə hələ də ən populyar və ən çox istifadə edilən valyutadır. Bunun səbəblərini isə əsasən psixoloji amillərdə axtarmaq lazımdır, çünki həmin sahədə əhəmiyyətli rolu pərakəndə göstəricilər, fiziki şəxslər oynayır. Burada eyni zamanda həm məzənnə faktoru, həm dolların avrodan fərqli olaraq bəzi ölkələrdə daha əlçatan valyuta olduğu, həm bir sıra ölkələrdə ənənəvi olaraq dolların iqtisadiyyatda və ödəniş sahələrində daha böyük rol oynaması əsas götürülür.

 

Həmin amil, həmçinin valyuta bazarında dövriyyədə də özünü göstərir. Göründüyü kimi, məcmu valyuta bazarında əqdlərin 43,8%-i ABŞ dolları üzrə və cəmi 15,7%-i avro üzrə aparılır. Yəni burada dolların xüsusi çəkisi təxminən 3 dəfə çoxdur. Başqa sözlə, qlobal valyuta bazarının iştirakçıları arasında dollar avrodan təxminən 3 dəfə populyar və əhəmiyyətlidir. Həmçinin burada vurğulamaq lazımdır ki, valyuta bazarında dövriyyələrin böyük hissəsi institusional investorlar və treyderlərin payına düşür. Bununla belə həmin sahədə tək psixoloji amillər ro oynamır. Əksinə, burada treyderlər əqdləri aparanda fundamental, texniki təhlil həyata keçirir və eyni zamanda həmin dövrdə onlar özlərinin və müştərilərinin ehtiyaclarından asılı olaraq sifariş qoyub əqdləri bağlayırlar. Beləliklə, valyuta bazarında xüsusi çəki ən obyektiv amillərdən biri hesab oluna bilər. Bir qeyd olmasaydı, valyuta bazarı "ən obyektiv amil" kimi hesab olunan bilərdi. Bu qeyd ondan ibarətdir ki, valyuta bazarında əqdlərin böyük hissəsi spekulyativ xarakter daşıyır, avro-dollar və digər valyuta cütlüyünün dinamikası ilə diktə olunur ki, burada məzənnə amili aparıcı rol oynayır. Bu səbəbdən hər hansı valyutanın valyuta bazarında dövriyyədə böyük xüsusi çəkiyə malik olması tam olaraq həmin valyutanın populyar və ya stabil olduğunu əks etdirmir. Lakin hər halda valyuta bazarında məhz dollar aparıcı rol oynayır. Bu da o deməkdir ki, dollara bağlı olan valyuta cütlükləri ilə əqdlər çoxluq təşkil edir.

 

Qeyd edək ki, yuxarıda göstərilən sahələrdən başqa hesabatda, həmçinin beynəlxalq borclanma və kredit bazarlarında avronun rolu ətraflı təhlil edilir. Əldə edilmiş nəticələr göstərir ki, avroda və dollarda nominallaşmış borcların qiymətli kağızlar və kreditlər üzrə xüsusi çəkiləri son 10, hətta 20 il ərzində müəyyən volatillik nümayiş etdirsə də, təxminən eyni səviyyədə qalıb və həmin səviyyələr dolların nərəzəçarpacaq dərəcədə üstünlüyünü əks etdirir.

 

Beləliklə, əvvələ qayıtmaqla yenidən vurğulamaq lazımdır ki, avro hələ də dolların dünya maliyyə bazarlarında, valyuta bazarında dövriyyədə, müxtəlif digər sahə və seqmentlərdə üstün olmasına təhlükə yaratmır. Faktiki olaraq, hesabatda göstərilən fakt, göstərici və nəticələr onsuz da məlum mənzərənin təhlil sübutudur.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267