Dünyada dolların möhkəmlənməsinin 3 əsas səbəbi - TƏHLİL

Təxminən aprelin ortalarından başlayaraq dolların dünya bazarlarında möhkəmlənməsi davam edir. Nəticədə dolların avroya məzənnəsi 1,167 dollara qədər yüksəlib ki, bu da nə az, nə çox, ötən ilin dekabrının ortalarından maksimal göstəricidir. Ekspert və iqtisadçılar dolların möhkəmlənməsinin səbəblərinin araşdırmaqdan yorulmur və bu sahədə müxtəlif ideyalar irəli sürürlər. Bizim fikrimizcə isə, səbəblər əsasən üç istiqamətində axtarmaq lazımdır. Məlum olduğu kimi, mayın əvvəlində Federal Ehtiyat Sisteminin iclası keçirilib ki, həmin iclasda FES-in əsas faiz dərəcəsi 1,5%-1,75% dəhlizində saxlanılıb. Faiz dərəcəsinin yüksəlməsi martda keçirilmiş iclasında baş verib və həmin iclas FES-in yeni sədr təyin olunmasından sonra ilk iclas olub. Məlumdur ki, FES-in yeni sədri olan Jerom Pauel monetar siyasətinin sərtləşdirilməsinin tərəfdarıdır, lakin eyni zamanda bunun tədricən və mərhələli şəkildə aparılmasını istəyir. Göründüyü kimi, baş verənlər də proseslərin bu istək üzərində getdiyini sübut edir. Çünki əgər ilk iclasda faiz qaldırılıb, ardıcıl gələn iclasda isə dərəcə sabit saxlanılıb ki, bununla da müəyyən pauza götürülüb. Qeyd edək ki, ABŞ-da faizlərin artırılması dolların möhkəmlənməsinə gətirib çıxarır, lakin artıq bir neçə ildir ki, FES-in iclaslarından əvvəl əsaslandırılmış proqnozlar səsləndirilir və bazar bu proqnozlara reaksiya verir ki, iclasda qəbul edilən qərarlar bazarda ondan əvvəl "emal olunur". Mayda faizlərin sabit saxlanması ABŞ aktivlərinə və dollara müsbət təsir edib, çünki baxmayaraq ki, faizlər qaldırılmayıb, səsləndirilmiş fakt və göstəricilər sübut edir ki, ABŞ iqtisadiyyatında xırda istisnalar nəzərə alınmasa, müsbət tendensiyalar müşahidə olunur.

Bu xəbərə baxmaq üçün lütfən daxil olun (yazıya klikləyin)

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272