İqtisadiyyatın Polşa möcüzəsi - TƏHLİL

iqtisadiyyatin polsa mocuzesi tehlil

Avropa regionu iqtisadiyyatının problemlərindən biri ondan ibarətdir ki, şərti vahid iqtisadi ərazisində güc və potensial baxımından fərqli ölkələr var. Nəticədə, regionda müəyyən mənada iqtisadi natarazlıq yaranır. Bu baxımından Avrozonaya daxil olmayan ölkələr daha əlverişli vəziyyətdədir, çünki onlarda baş verən iqtisadi uğurlar yalnız onlarındır, halbuki Avrozonada vəziyyət belədir ki, nisbətən zəif ölkələr “hesabına” daha uğurlu ölkələr bu uğurdan “bir hissəsini” itirir. İqtisadi inkişaf və potensial baxımından Avropa İttifaqı ölkələri sırasında daha stabil olanlar məhz Avrozonaya daxil olmayan ölkələrdir. Bunu Avropa Komissiyasının hesabatı da təsdiq edir.

 

Beləliklə, Avrozonanın ümumi iqtisadi artımı 2015-ci ildə 1,6% təşkil edib, 2016-cı il üçün proqnoz isə hələlik bundan 0,1 faiz bəndi yüksəkdir – 1,7%. Avrozonada ən yüksək iqtisadi artım İrlandiyada müşahidə olunub və 2015-ci ildə 6,9% təşkil edib. Ümumiyyətlə, Avropa ölkələrin ÜDM-in dinamikaları aşağıdakı kimi göstərilə bilər:

 

 

Göründüyü kimi, ən yüksək iqtisadi artımlar Avrozoya daxil olmayan ölkələrdə müşahidə olunur, onların sırasında isə Çexiya, İsveç, Rumıniya və Polşa xüsusilə seçilir. Bu ölkələri biz iqtisadi artım üzrə sıralamışıq, amma burada bir vacib məqam vurğulanmalıdır. Baxmayaraq ki, digər üç ölkə Polşadan daha yüksək iqtisadi artıma nail olub, məhz Polşa daha böyük diqqət çəkir, çünki Avropa İttifaqı ölkələri sırasında iqtisadiyyatın miqyası üzrə Polşa 6-cı yeri tutur (Almaniya, Fransa, UK, İtaliya və İspaniyadan sonra). İsveç 9-cu yerdədir, Çexiya və Rumıniya isə heç onluğa daxil olmur. İqtisadiyyatın miqyası o baxımından vacibdir ki, həmin ölkənin ümumi Avropanın iqtisadiyyatına “üzvlük payı” daha yüksəkdir və burada müşahidə artımının ümumi artıma təsiri daha güclüdür. Bu səbəbdən, məsələn, İrlandiyada olan yüksək artım ümumi mənzərədə böyük rol oynamır, çünki İrlandiya iqtisadi miqyas baxımından ikinci onluğunun sonunda qərarlaşıb.

 

Həmin səbəbdən Polşa iqtisadiyyatının yeri Avropa İttifaqı çərçivəsində həmişə xüsusi vurğulanır. Ötən ildə Polşada istehsal olunmuş ÜDM-in həcmi 600 mlrd. dollara yaxın təşkil edib, iqtisadi artım isə, dediyimiz kimi, 3,5% olub. Polşa Baş Statistika İdarəsinin hesabatına əsasən, ÜDM-in artımının əsas lokomotivi daxili tələbat olub, xüsusən də burada istehlakın payı investisiyalarının payından daha yüksək olub. Bundan əlavə iqtisadi artımının daha bir “tərkib hissəsi” kimi ixrac qeyd edilir, amma onun iştirakı əsaslı kimi deyil, dəstəkləyici kimi qiymətləndirilir. Halbuki Polşanın 2015-ci ilin 11 ayında ixracı 164,2 mlrd. avroya bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 7,4% çoxdur. İxracın iqtisadiyyata təsiri böyükdür, amma həlledici deyil, çünki Polşa iqtisadiyyatı həm ixrac yönümlü, həm də ixrac yönümlüdür. Belə ki, həmin müddət ərzində ölkənin idxalı 3,7% artaraq 160,7 mlrd. avroya bərabər olub. Göründüyü kimi, ölkə həmçinin fəal idxal edir. Qeyd etmək lazımdır ki, xarici ticarət üzrə 3,5 mlrd. avro həcmində müsbət saldo yaranıb və son illər ərzində bu, ilk dəfədir ki, baş verir. Bundan əvvəl Polşanın xarici ticarətində mənfi saldo müşahidə olunurdu, yəni idxal həmişə ixracı üstələyirdi. Ehtimal etmək olar ki, burada öz sözünü enerji daşıyıcıları deyib, çünki Polşa neft idxal edir və neftin ucuzlaşması amili iqtisadiyyata, o cümlədən xarici ticarət balansına müsbət təsir edib. Nəticədə, ixrac-idxal əməliyyatları üzrə ölkənin vəziyyəti daha da yaxşı olub.

 

Polşa iqtisadçılarının fikrincə, məhz ixrac ölkə iqtisadiyyatının əsas gücü olub və olacaq. Bəlkə bu səbəbdən də ötən il iqtisadiyyatın daxili tələbatın hesabına artması amili önə çıxıb. Bu, tam izah olunandır, çünki makroiqtisadi baxımından daxili istehlakın ÜDM-ə bu dərəcədə yüksək təsiri və rolu birbaşa olaraq bir neçə vacib amillərlə bağlı olur. İlk növbədə söhbət rifah, məşğulluq, gəlir səviyyələrindən gedir. Bəzi göstəricilərə fikir verək. İlin sonuna əhalinin sayı 38,5 mln. nəfər olduğu halda işləyənlər sayı 14,850 mln. nəfərə bərabərdir ki, bu da ümumi əhalinin 39%-ə yaxınıdır. Dinamikaya əsasən, 2015-ci ildə işləyənlərin sayı 287 min. və ya 2% artıb. Nəticədə, işsizlik səviyyəsi də aşağı düşüb. Belə ki, əgər 2014-cü ilin sonunda işsizlərin sayı 1,825 mln. nəfər olubsa, bir il sonra bu göstərici 1,563 mln nəfərə enib. Bununla da işsizlik səviyyəsi iqtisadi fəal əhalinin 11,4%-dən 9,8%-dək enib. Nəhayət, ötən ildə özəl sektorda orta aylıq əmək haqqı 4,121 min. zlotı (təxminən 1,1 min ABŞ dolları) təşkil edib ki, bu da illik müqayisədə 3,5% çoxdur. Bundan əlavə sayı 9 milyona yaxın olan pensiya və rentaçıların orta aylıq pensiya və rentanın həcmi 2,050 (təxminən 540 ABŞ dolları) zlotıya bərabər olub. Bu da illik müqayisədə 2,9% çoxdur. Bütün bu göstəriciləri qiymət sahəsində olan vəziyyətə uyğun ölçsək, aydın olur ki, əhalinin alıcılıq qabiliyyəti artıb. Belə ki, ötən il ərzində ölkədə istehlak qiymətləri 0,9% aşağı düşüb.

 

Ötən il ərzində Polşada nisbətən yüksək iqtisadi artıma nail olunmasını qeyd edərək, vurğulamaq lazımdır ki, bu, Polşa iqtisadçılar fikrincə, üç maneedici amillərin fonunda baş verib. Bunların sırasına Rusiyada iqtisadi böhran, Yunanıstanın avrozonada çıxması ətrafında riskləri və bütün dünya iqtisadiyyatına təsir edən Çində iqtisadi artımın azalması aid edilir. Bu amillərin heç birisi Polşa iqtisadiyyatına o dərəcədə mənfi təsir etməyib ki, inkişafda müəyyən geriləmə baş versin. Eyni zamanda ÜDM-in strukturuna fikir verəndə, dacili tələbat və ixracdan əlavə həmçinin sabit investisiya axınını qeyd etmək lazımdır ki, həmin amillər iqtisadi artım təməlisi olub. Polşa analitiklərin fikrincə, hökuməti müəyyən proqramları həyata keçirilsə, ölkədə istehlakın artımı bu il 5% təşkil edə bilər. Həmin proqramların sırasında “500+” adlanan proqramı xüsusi ilə qeyd etmək lazımdır ki, bu proqram hər ay ikinci və sonrakı hər uşağa 500 zlotı müavinətin verilməsini nəzərdə tutur. Xatırladaq ki, həmin “500+” ötən il parlament seçkilərində qali gələn “Hüquq və Ədalət” partiyasının platformasının əsas nöqtələrindən biri olub və hazırda bu proqramın həyata keçirilməsi nyuansları müzakirə olunur.

 

Sonda qeyd etmək lazımdır ki, Polşa iqtisadiyyatında ÜDM-in komponentləri arasında natarazlıq müşahidə olunmur. Üç əsas tərkib hissələri olan istehsal, ticarət və xidmət və inşaat sektoru aparıcı yerləri tutsa belə, nəqliyyat, kənd təsərrüfatı və digər sahələr də mütənasib paylara malikdir. Aydındır ki, neft və ya qaz yataqlarına malik olmayan ölkə üçün iqtisadiyyatın diversifikasiyası çox mühüm və zəruri olan amildir. Həmçinin buraya Polşada çox inkişaf etmiş sənaye istehsalını, o cümlədən tam xarici kapitallı və ya birgə müəssisələr kimi yaradılan istehsalın təşkil üçün investisiyaların cəlb edilməsi amilini də aid etmək lazımdır. Nəhayət, əsasən ticarət, kənd təsərrüfatı, xidmət sahələrində çalışan kiçik və orta sahibkarlığın iqtisadiyyatında rolu yüksəkdir. Rəsmi statistikaya əsasən, Polşada kiçik və orta sahibkarlığın hesabına ÜDM-in 49%-i formalaşır. Bu tam izah olunan bir faktdır, çünki kiçik və orta sahibkarlıq, demək olar ki, iqtisadiyyatın bütün sahələrində təmsil olunur. Eyni zamanda polyak mütəxəssislərin hesablamalarına görə, bu göstərici bəzi Avropa ölkələri ilə müqayisədə daha aşağıdır, yəni hətta artmağa da potensial var.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki marafonu 2017 fotosessiya
    “Bakı Marafonu 2017”  - FOTOSESSİYA
  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
agdasda magazadan ogurluq eden iki nefer saxlanilib agdasda magazadan ogurluq eden iki nefer saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ