Leqallaşma: Kriptovalyutalar “boz zona”dan çıxır - TƏHLİL

Kriptovalyuta bazarından ziddiyyətli xəbərlər gəlməkdə davam edir. Bu səbəbdən bazarı və kriptovalyutaların indiki vəziyyəti və gələcək perspektivlərini dəqiq qiymətləndirmək olduqca çətindir. Ziddiyyət ondan ibarətdir ki, bəzi xəbərlər bazarın inkişafından xəbər verir, bəzi xəbərləri isə bazara mənfi təsiri kimi dəyərləndirmək olar. Xəbərləri qarışıq şəkildə təqdim edəcəyik, qiymət verməyi isə oxucuların öz ixtiyarına buraxırıq. Beləliklə, ötən şənbə-bazar günləri kriptovalyutalar üçün çox əlverişsiz olub, nəticədə qlobal kriptovalyuta bazarının kapitallaşması 42 mlrd. dollar azalıb. Bəzi analitiklər bunu Cənubi Koreyanın kriptovalyutalar üzrə birjası olan “Coinrail”in haker hücumuna məruz qalması ilə əlaqələndirir. Hücumdan birbaşa ziyan böyük həcmdə olmasa da, hadisənin özü bazara birmənalı mənfi təsir edib. Haker hücumu kriptovalyuta iştirakçıları arasında kriptoaktivlərin təhlükəsizliyi üzrə narahatlığını kəskinləşdirib, nəticədə bəzi investorlar vəsaitlərini geri çağırır və eyni zamanda kriptovalyutaların qiyməti aşağı düşür. Bazar kapitallaşmasının azalmasının birbaşa səbəbi budur. Digər analitiklər isə daha geniş səbəb kimi dünyanın bəzi ölkələrində kriptovalyuta birja və ticarət platformalarının bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması barədə ehtimallarını dilə gətirirlər. Ola bilər ki, səbəb həmin amillərin birləşməsidir. Ən məşhur və ən geniş kapitallaşmaya malik olan “Bitcoin”in qiymətinin bu ilin əvvəlindən dinamikası da bunu deyir. Belə ki, bu ilin əvvəlindən Bitcoinin qiyməti 2,1 dəfə azalıb - 13,4 min dollardan 6,4 min dollaradək. Oxşar dinamika digər kriptovalyutalar üzrə də müşahidə olunur. Buna görə kriptovalyuataların ucuzlaşmasını, bazar kapitallaşmasının aşağı düşməsini yalnız hər hansı xronikal hadisələrlə əlaqələndirmək düzgün olmaz, burada daha geniş amilləri axtarmaq lazımıdır. Ya da ki, həmin mənfi xronikal hadisələrin sayı olduqca çox olur və biri-birinin ardınca baş verir. Hər gün kriptovalyutalarla bağlı ciddi və ya o qədər də qlobal və ya lokal mənfi xəbər dərc edilir. Məsələn, ABŞ-ın aktivlər üzrə üçüncü ən iri bankı olan Wells Fargo müştərilərinə kriptovalyutaları alış-veriş əməliyyatlarında kredit kartlarında istifadəni qadağa edib. Bank bu qərarı kriptovalyutalar üzrə müşahidə olunan "çoxsaylı və mürəkkəb risklərin" olması ilə izah edir. Beləliklə, Wells Fargo müştərilərinə kriptovalyuta alınması üçün kredit kartlarını istifadə etməsini qadağa edən bankları siyahısına düşüb. Həmin bankların sırasında J.P. Morgan Chase, Bank of America, Citigroup (ABŞ), Toronto-Dominion Bank (Kanada), Hindistanın ən iri kommersiya bankı olan HDFC bankı, Lloyds Banking Group (Böyük Britaniya), Avstraliya, Cənubi Afrika və Böyük Britaniyada fəaliyyət göstərən Virgin Money kimi dünya miqyaslı bank təşkilatları var.

Bu xəbərə baxmaq üçün lütfən daxil olun (yazıya klikləyin)

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide 5 ton ot baglamasi yanib
    Ağcabədidə 5 ton ot bağlaması yanıb
  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267