Mərkəzi Bank inflyasiya və pul kütləsi arasındakı seçimini etdi - TƏHLİL

merkezi bank inflyasiya ve pul kutlesi arasindaki secimini etdi tehlil

Son zamanlar Azərbaycanda yaranan makroiqtisadi və pul-kredit vəziyyəti, deyəsən, nəhayət öz həllini tapıb. Qısaca xatırladaq ki, devalvasiyadan sonra ölkənin maliyyə sistemi çətin vəziyyətə düşüb. Faktiki olaraq, ölkədə iqtisadi inkişaf üçün zəruri olan maliyyə vəsaitlərin çatışmazlığı müşahidə olunur, banklarda kredit resursları azalır, kreditlər bahalaşır və bütün bunlar sərt pul-kredit siyasətin nəticələridir. Ölkədə bank sisteminin məcmu kreditlərinin həcminin ÜDM-ə nisbəti 36% təşkil edir ki, bu da indiki vəziyyətdə kifayət deyil. İqtisadiyyatın inkişafı üçün iqtisadiyyata pul axını zəruridir, amma əks tərəfdən aydındır ki, bu, inflyasiyanın artmasına səbəb ola bilər. Bu vaxta kimi Mərkəzi Bank məhz inflyasiyanın saxlamasını prioritet tutub. Lakin indi aydın olub ki, əgər iqtisadiyyatda belə maliyyə daralması davam etsə, neftin ucuzlaşması səbəbindən dövlət investisiyalarının azalması fonunda iqtisadi inkişaf üçün faktiki olaraq resurs qalmır. Nəticədə, Azərbaycanda iqtisadiyyata bank sistemi vasitəsilə maliyyə axınının artırılması ilə bağlı tam olaraq düzgün qərar qəbul edilib.

 

Bu qərar Mərkəzi Bankın “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları”nda öz əksini tapıb. Belə ki, həmin Qaydalar bundan sonra üç növ mərkəzləşdirmə kredit növlərini tətbiq edir. Birincisi, 30 günədək kreditlər. Bu kreditlər indiki kreditlərdən fərqlənmir və bankların qısamüddətli likvidliyinin təmin edilməsi məqsədini daşıyır. Bu səbəbdən həmin kreditlərdə heç bir yenilik yoxdur. Amma bundan başqa, ikinci və üçüncü növ kreditlər tətbiq edilir - 360 günədək kreditlər və 360 gündən artıq olan kreditlər. Bu vaxta qədər banklar Mərkəzi Bankdan alınan mərkəzləşdirmə kreditlərinin müddəti qısa olduğundan sonrakı kreditləşməyə yönəldə bilmirdi, indi isə birillik və bir ildən artıq olan mərkəzləşdirmə kreditləri artıq sonrakı kreditləşməyə yönəldilə bilər. Əvvəllər Mərkəzi Bankın siyasəti ondan ibarət idi ki, ondan alınan kreditlər son kredit bazarına “getməməlidir”, banklar digər resurslardan istifadə etməli olurdu. Hazırda çətin maliyyə vəziyyətini nəzərə alaraq, dövlət Mərkəzi Bankın timsalında son kreditləşmə üçün maliyyə mənbəyi kimi çıxış edəcək. Həmin mərkəzləşdirmə kreditlərinin təminatı kimi banklar qiymətli kağızlar da təqdim edə bilər. Faktiki olaraq, bütün bunlar ABŞ və Avropada böhran zamanı tətbiq edilmiş maliyyə yumşaltma siyasətindən mahiyyət üzrə fərqlənmir.

 

Əvvəllər bəzi analitik və iqtisadçılar tərəfindən Mərkəzi Bank yürütdüyü sərt pul-kredit siyasətinə görə tənqid edilirdi. Bundan əlavə, məntiqli bir sual yaranırdı: əgər banklar Mərkəzi Bankdan uçot dərəcəsi ilə aldığı kreditləri son kreditləşməyə yönəldə bilmir və bununla da uçot dərəcəsi son faiz dərəcələrə heç bir təsir etmirsə, uçot dərəcəsinin əhəmiyyəti və mənası nədir? İndi yenidənmaliyyələşdirmə müddətlərinin uzadılması ilə Mərkəzi Bankdan alınan kreditləri banklar kredit bazarına çıxara biləcək və ən əsası odur ki, birillik mərkəzləşdirmə kreditləri uçot dərəcəsi ilə veriləcək. İki nəticə olacaq. Birincisi, banklarda qısamüddətli kreditlərin verilməsi üçün maliyyə resurs bazası arta bilər – indiki şəraitdə bu amil iqtisadiyyata müstəsna dəstək verəcək. Çünki, həmin resurslar kiçik sahibkarlığın və ev təsərrüfatların kreditləşməsinə yönəldilə bilər. Bu isə öz növbəsində, birinci halda müxtəlif kiçik sahələrdə durğunluğu aradan qaldıracaq, ikinci halda isə istehlak tələbatı sahəsində canlanma yenidən yaranacaq ki, bu da Azərbaycanda bəzi sahələrin inkişafı, hətta “həyatı” üçün əvəzolunmaz şərtdir. Bundan əlavə, bankların uçot dərəcəsi ilə alınan kreditlərin son kreditləşməyə yönələ biləcəyi  kreditlər üzrə faiz dərəcələri kəskin aşağı salmalıdır. Qeyd edək ki, hazırda uçot dərəcəsi illik 7% təşkil edir, fiziki şəxslərə verilən kreditləri üzrə orta faiz dərəcələri isə 17-19% təşkil edir, amma sirr deyil ki, bəzi kreditlər üzrə faiz dərəcələri hətta 30%-ə çatır. Hazırkı iqtisadi vəziyyətdə belə faizlər qəti qəbul edilməzdir. Həmçinin indi banklarda əsas resurslar mənbəyi kimi cəlb olunan depozitlər və öz vəsaitləri çıxış edir. Öz vəsaitləri tükənən mənbədir, depozitlər isə mərkəzləşdirmə kreditləşmədən daha bahalıdır ki, bu səbəbdən də son kreditlər yüksək faizlərə malik olur. Mərkəzi Bankın qəbul etdiyi qərar birmənalı olaraq həm maliyyə sisteminin dayanıqlığın artırmasına, həm də ümumi iqtisadi vəziyyətin yaxşılaşmasına, özəl sektorun inkişafına (daha dəqiq inkişafın bərpasına) dəstək verəcək.

 

Hazırda banklarda yerləşdirilmiş müddətli depozitlərin həcmi 15,5 mlrd. manat təşkil edir. Aydındır ki, müştərilərə kreditlər əsasən müddətli depozitlərin hesabına verilir. Əlbəttə ki, tələb olunanadək depozitlər də kreditləşmədə iştirak edə bilər, amma risklərin azaldılması üçün banklar bu vəsaitlərin çox qısamüddətli əməliyyatlarda istifadə etməyə çalışır. Bank sistemi üzrə məcmu kredit portfeli isə 19,7 mlrd. manat təşkil edir. Göründüyü kimi, bankların vəziyyəti qənaətbəxş deyil - kənar vəsaitlərdən başqa bir mənbələri axtarmalıdır ki, kredit portfelinin həcmini saxlasın. Eyni zamanda yenidənmaliyyəşdirmənin məcmu həcmi 6,3 mlrd. manata bərabərdir, amma bu həcmin əksər hissəsi bankların cari likvidliyinin dəstəklənməsi və cari maliyyə problemlərinin həllinə istiqamətlənib. Yəni, Mərkəzi Bank indiyədək 6 mlrd. manatdan çox mərkəzləşdirilmiş kredit verib ki, bu vəsaitlər tam olaraq iqtisadiyyatdan yan keçir. Əgər bu həcm əvvəlcədən nisbətən uzunmüddətli olsaydı, həm bankların likvidliyi təmin olunub, həm də pullar son kreditlər kimi iqtisadiyyatda dövriyyə edilibr. Gözləmək olar ki, bundan sonra belə də olacaq.

 

Həmçinin gözləmək olar ki, əlavə pul kütləsinin həcmi artacaq. Hazırda ümumi manatla pul kütləsinin həcmi cəmi 8,9 mlrd. manat təşkil edir. 2013-cü ilin sonu ilə müqayisədə bu həcm 2 dəfəyə yaxın azalıb ki, bu da əyani göstərir ki, nə dərəcədə iqtisadiyyatda daralma tendensiyalar güclüdür. Nəticədə, onsuz aşağı olan monetləşmə əmsalı cəmi 16,4%-ə düşüb ki, bu da iqtisadiyyatın inkişafı üçün, yumşaq desək, kifayət qədər deyil. Bəzi ölkələrdə monetləşmə əmsalı 100%-ə çatır, əksər ölkələrdə bu göstərici 50%-dən artıqdır. Azərbaycanda faktiki olaraq iqtisadi inkişafı üçün pul çatışmazlığı müşahidə olunur. Pul kütləsinin əsas artırma mənbələrdən biri məhz mərkəzləşdirmiş kreditlərdir. Göründüyü kimi, Azərbaycanda maliyyə daralma ilə mübarizə yenidənmaliyyəşdirmənin həcminin və əsas olaraq müddətin uzadılması yolu ilə aparılacaq. ABŞ və Avropada böhran zamanı kəmiyyət yumşaldılma adlanan müxtəlif proqramlar tətbiq edilirdi ki, mahiyyətcə bu həmin şeydir, sadəcə olaraq orada qiymətli kağızlar bazarının inkişaf etməsi səbəbindən pul kütləsinin artırılması və iqtisadiyyata dəstəklənməsi qiymətli kağızların geri alınması üsulu ilə həyata keçirilmişdir.

 

Atılan addımın yeganə mənfi nəticə inflyasiyanın artması ola bilər. Amma bu sahədə qeyd etmək olar ki, Azərbaycanda inflyasiyanın monetar amilləri onsuz da aşağıdır, son zamanlar müşahidə olunan ikirəqəmli inflyasiya yalnız və yalnız devalvasiya nəticəsində yaranıb. Əgər bir tərəziyə inflyasiya gözləntiləri, digərinə isə iqtisadiyyatda pul qıtlığını qoysaq, indiki şəraitdə prioritet kimi pul kütləsinin artırılması seçilib. İqtisadi inkişafına inflyasiyanın müəyyən dərəcədə artması olmadan nail olmaq mümkün deyil, əksinə iqtisadi geriləmə inflyasiyanın aşağı salmasına xidmət etsə, ümumi ölkənin vəziyyətini pisləşdirir. Hazırda qəbul edilmiş qərar birmənalı olaraq alqışlamaq olar.

 

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ