Müstəqil qərar qəbul edə bilməyən FES, ABŞ-ı tərk etməyə hazırlaşan kapital - TƏHLİL

musteqil qerar qebul ede bilmeyen fes abs i terk etmeye hazirlasan kapital tehlil

Ötən ildə avrozonaya daxil olan 19 ölkənin məcmu ümumi daxili məhsulunun artım tempi 1,7% təşkil edib ki, bu da ABŞ-ın iqtisadi artımından 0,1 faiz bəndi çoxdur. Bununla da 2008-ci ildə ilk dəfə olaraq Avrozonanın iqtisadi artımı ABŞ-ın iqtisadi artımını üstələyib. Eyni zamanda Avropa İttifaqının iqtisadi artımı ötən il 1,9% təşkil edib və bununla da 2011-ci ildən ilk dəfə olaraq ABŞ-ın ÜDM-nin artımını üstələyib. Sadə dildə desək, Avropada iqtisadi artım ABŞ-ın analoji  göstəricisindən daha yüksək olub.

 

Bütün əvvəlki illərdə (avrozona üzrə 2008-ci, Aİ üzrə 2011-ci ildən bu yana) ABŞ-ın iqtisadiyyatı daha sürətli inkişaf edirdi.

 

İndi isə söhbət konkret olaraq ötən ildən gedir, ötən il ABŞ-ın ilk geridə qalma göstəricisi peyda olub. Bu barədə daha ətraflı...

 

Barak Obama administrasiyasının hakimiyyətə gəlməsi ötən əsrin 30-cu illərdən bu yana qeydə alınan ən güclü maliyyə böhranı və iqtisadi böhranla üst-üstə düşüb. İqtisadçılar hələ də mübahisə edirlər ki, Obamanın rəhbərliyi altında iqtisadiyyat tam bərpa edilib, ya yox? Təhlillər göstərir ki, əvvəlki administrasiya dövründə bütün iqtisadi göstəricilər, o cümlədən istehlak, tələbat, pərakəndə ticarət dövriyyəsi, işsizlik kimi ən vacib makroiqtisadi göstəricilər böhrandan əvvəlki səviyyə çatdırılıb. Təəssüf ki, gələcək barədə belə əminlik yoxdur və Avropanın ABŞ-ı iqtisadi artım baxımından üstələməsinin tendensiya xarakteri alma ehtimalı böyükdür.

 

Niyə? İlk növbədə Donald Trampın ilk addımları onu göstərir ki, real iqtisadiyyat üzrə qorxular möhkəmlənir. Məsələn, Federal Ehtiyat Sisteminin mütəxəssislərinin fikrincə, miqrantların ölkəyə gəlməsinə məhdudiyyətlər ABŞ iqtisadiyyatının artımı hədəfinə tam ziddir. Miqrantların gəlişinin məhdudlaşdırılması yerli işçi qüvvəsinin daha səmərəli istifadə edilməsinə imkan verir, amma aydındır ki, miqrantlar əsasən yerli əhalinin istəmədiyi iş yerlərində çalışırlar və bu sahələr ilk növbədə real sektorda, istehsaldadır. Qorxu məhz bununla bağlı ola bilər, yəni miqrantların sayının azalması bəzi sahələrdə istehsalın azalmasına təsir edə bilər.

 

FES-ə gəlincə, fevralın 1-də FES öz iclasında faiz dərəcələrini sabit saxlayıb, amma ehtimal edilir ki, faizlər bu il iki ya üç dəfə artırılacaq. İndiki qərar ilk növbədə onunla bağlıdır ki, FES Trampın iqtisadi siyasəti ilə bağlı mənzərəni aydın görmək istəyir. Hələlik isə atılan addımlar daha çox populizm xarakteri daşıyır və iqtisadiyyatın artımına xidmət etmir. Digər tərəfdən görünür ki, FES yeni prezidentin “sözü ilə oturub durmaq” niyyətindədir ki, bu da FES-in təmsilində müstəqil bir iqtisadi idarəedici orqanın gücünü heçə endirə bilər. FES-in Trampın iqtisadi siyasətində gözləntilər barəsində bəyanatı heç də xoşa gələn bir əlamət deyil. Çünki bu bəyanat onu göstərir ki, FES-in müstəqil qərar qəbul etməkdə çətinlik çəkir. Əlbəttə ki, əgər yeni administrasiyasının iqtisadi siyasəti düzgün olsa, bunda heç bir pis şey yoxdur, amma iqtisadi siyasətin düzgün olacağına şübhələr var. Trampın ilk qərarlarından sonra (məsələn, miqrantlar barədə, bəzi beynəlxalq iqtisadi saziş və qurumlardan çıxış barədə) ABŞ-ın fond indeksləri tarixi rekordu yeniləyib. Məsələn, Dow Jones indeksi 20000 bənddən yuxarı həddə çatıb. İlk baxışdan burada pis bir şey yoxdur, hətta bəzi məqamlarda həmin indeks ABŞ-ın iqtisadiyyatının əsas göstəricilərindən biri hesab olunur. Amma indiki halda indekslərin bu dərəcədə artması, bunun iqtisadi artımın elə yüksək olmadığı fonda baş verməsi, prosesin hər hansı makroiqtisadi və real iqtisadiyyatda artımla müşayiət olunmaması onu göstərir ki, indekslərin artımı spekulyativ və şişirtmə xarakteri daşıyır. Qorxu ondan ibarətdir ki, Trampın qeyri-müəyyən iqtisadi siyasəti, real sektora yönəldiləcək diqqətin elə də güclü olmaması nəticəsində ABŞ-ın iqtisadiyyatı belə şişirtmiş “köpüyə” çevrilə bilər. Bu isə əvvəl-axır yeni bir iqtisadi böhrana səbəb olacaq. Məsələn, hamı etiraf edir ki, izolyasiya ilə nəticələnə biləcək indiki xarici siyasət real sektorun inkişafına ən azı xidmət etmir, ən pis halda isə istehsalatda və ticarətdə geriləməyə səbəb ola bilər. Və bunun fonunda indekslərin artması “köpükləmədən” başqa bir şey deyil.

 

Bundan başqa əgər FES kimi nəhəng və təsiredici qurum yeni iqtisadi siyasətdən xəbərsizdir və yalnız ehtimallardan istifadə edirsə, investorlardan nə gözləmək olar? Hamı gözləmə vəziyyətindədir. Trampın ilk qərarları hamını bu vəziyyətə salıb - heç kəs sabah nə olacağını bilmir. Belə olan halda investorlar “asılmış” vəziyyətdə uzun müddət qalmayacaq - əgər bir balaca əlamət olsa, ABŞ-ı dərhal tərk edəcəklər. Həm də düşünülməmiş proteksionizm siyasəti, diskriminasiya qərarları, bərabərhüquqluluq prinsipinin pozulması kimi addımlar xarici investorların ölkəni tərk etməsini yalnız sürətləndirə bilər. Əgər indi ABŞ-da yeni müəssisələr açmaq istəyən və ya mövcud olan müəssisələrini genişləndirmək istəyən bəzi iri investorlar və şirkətlər planlarını təxirə salsalar, bu, təəccübləndirici olmayacaq. Və investorların bu addımları təbii olardı, nəticəni proqnozlşadırmaq isə çətin deyil - real sektorunda geriləmə gözlənilir. Əgər həmin tendensiyalar həmçinin kapital bazarına keçsə, yaxın zamanlarda indekslərin sürətli enişini gözləmək olar. Proses artıq tədricən başlamaqdadır - Dow Jones indeksi 19900 bəndədək enib. Hələlik bu yalnız texniki amillərlə bağlıdır. İri yüksəlişdən sonra kütləvi satışlar başlayıb ki, nəticədə indeks düşüb. Amma iqtisadi siyasəti üzrə qeyri-müəyyənlik davam etsə, kapital bazarında investorlar qorxu hiss etsə və ölkəni tərk etməyə başlasa, nəticələr faciəli ola bilər. Nəhayət, əgər (yenə də populizm naminə) ABŞ Çin və Avropa ilə ticarət və valyuta müharibəsinə təşəbbüs etsə, ABŞ iqtisadiyyatın vəziyyəti daha da təhlükəli ola bilər, çünki investorlar qeyri-müəyyən ABŞ-dan “üz döndərə bilərlər”.

 

Bütün bunlar çox bədbin mənzərə yaradır. Neqativ ehtimallar reallaşsa, ABŞ üçün 1,6%-lik iqtisadi artım əlçatmaz bir arzuya çevrilə bilər. Paralel olaraq investorlar harasa getməlidir, ya yox? Və ABŞ-ın yeni administrasiyasının addımları nəticəsində kapital, portfel və birbaşa investisiyalar dünyanın digər regionlara gedə bilər. Məsələn Avropaya, Çinə, inkişafda olan iri bazarlara.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ